Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bulvarda intihar edən qızın ölümündə gizli pərdələr açılır

Bulvarda intihar edən qızın ölümü ilə bağlı təfərrüat...

 

Ötən gün gecə saatlarında Bakı bulvarında intihar hadisəsi baş verib. Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib. Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi bildirilir.

Yayılan məlumatlara əsasən, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb. Tələbə qızın bu səbəbdən özünü öldürdüyü deyilir. Hadisə vaxtı Balahüseyn sevdiyi qızın ardınca özünü dənizə atsa da, onu xilas etmək mümkün olub.

Pravda.az-ın xəbərinə görə, Nəzakətin atası Müğdət Rzazadə bildirib ki, qızı sevgilisi deyilən Balahüseyn Məmmədov tərəfindən qaçırılıb.

“Günorta saat 3-də oğlanın atası mənə zəng etdi ki, qızını qaçırmışıq, artıq iş işdən keçib, axşam sizə elçi gəlmək istəyirik. Buna inanmadıq. Dedim, mənim qızım elə iş tutmaz. Tez Nəzakətə zəng etdik. O dedi ki, ata, inanma, yalan söhbətdir. Axşam saat 12-də yenə zəng etdik, qızım ağlaya- ağlaya cavab verdi. Dedim, Nəzakət, narahat olma, təcili Bakıya gəlirəm. Getdim, evdə yox idi. Rəfiqələrindən soruşdum, heç kim yerini bilmədi. Gecə saat 6-da xəbər gəldi ki, qızım özünü dənizə atıb”.

M. Rzazadənin sözlərinə görə, hadisə baş verən günədək qızının sevgilisinin olduğunu bilməyiblər.

“İndiyədək heç kim bizə elçi gəlməyib. Həmin oğlandan xəbərimiz olmayıb. Nəzakət qaçırılandan sonra oğlanın evindən naməlum istiqamətdə yoxa çıxıb. Bizdə olan məlumata görə, Nəzakətdən 20 dəqiqə sonra oğlan hadisə yerinə gəlib. Balahüseyn haradan bilirdi ki, Nəzakət bulvara gedəcək? Müəmmalıdır”. (azvision.az)

pia.az


Etiket: intihar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar