Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək

Fləşmob himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçiriləcək

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü münasibətilə "Himnimizi birgə oxuyaq!" adlı fləşmob təşkil edəcək. Fləşmob azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, layihə çərçivəsində vətəndaşların, xüsusilə gənclərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himni Bulvar ərazisində canlı ifa olunacaq. Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.

Qeyd edək ki, fləşmob mayın 28-də, saat 16.00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar