Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Büdcəyə dəyişiklikdə neftin qiyməti 55 deyil, 35 dollardan götürüldü – Vüqar Bayramovdan açıqlama

"Büdcəyə təklif edilən dəyişikliklərdə neftin bir barelinin qiymətinin salınması gözlənilən idi".

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, pandemiya ilə bağlı olaraq, neft bazarında volatillik yüksəkdir: "Bu da neftin dünya bazar qiymətinin düşməsinə gətirib çıxarır. Ötən ay dünya bazarında neftin orta qiyməti 30 dollar olub. Hazırda neftin bir barelinin qiymətinin 40 dollardan yüksək olmasına baxmayaraq, payızda koronavirusun ikinci dalğası olsa, bu, neft qiymətlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də qanun layihəsində təklif edilən 35 dollar daha konservativ və daha az riskli qiymətdir. Düşünürəm ki, 35 dollar üzərindən dəqiqləşmiş büdcənin hesablanması doğru addımdır. Bu, neft bazarında volatillik, eyni zamanda pandemiyanın potensial təsirlərinin nəzərə alınmasına imkan verir. Dəyişiklik qlobal iqtisadiyyatda və strateji məhsullar bazarındakı volatilliyə uyğunlaşdırılıb”.

Qeyd edək ki, büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollar götürülmüşdü. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar