Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Büdcənin 1 faizinə belə layiq görülməyən elmimiz

“2020-ci ilin dövlət büdəcəsində elm xərcləri üçün 193.7 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il elm xərcləri 26,913 milyard manatlıq dövlət büdcəsi xərclərinin 1 faizindən də az olacaq”...

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O sözlərinə belə davam edib:

“Dövlət büdcəsində elm xərclərinin payının az olması hər zaman müzakirə edilən məsələlərdəndir. Məsələ ondadır ki, büdcəyə daha az vəsaitin ayrılması qlobal “İmpact” jurnallarda çap edilən Azərbaycan alimlərinin elmi məqalələrinin sayına təsir göstərməkdədir. Belə ki, beynəlxalq “Scimago Journal & Country Rank” şirkətinin qiymətləndirilməsinə görə, elmi “İmpact” məqalələrin sayına görə Azərbaycan dünyada 92-ci yerdədir. Qonşu Gürcüstan bizdən 10 pillə öndədir. Rusiya 13, Ukrayna 42, Belarus 66, Qazaxıstan 76-cı yerləri bölüşürlər.

Göründüyü kimi, əksər MDB ölkələri müqayisədə aparıcı elmi jurnallarda daha az elmi məqalələrimiz çap olunur. Bu baxımdam, elm xərclərinin məbləğinə baxılması və xüsusən də “İmpact” jurnallarda çap olunmaq üçün təşviqedici metodlardan istfadə olunmalıdır. Doğrudur, bəzi yerli uiversitetelər, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qlobal jurnallarda elmi məqalələri çap edilən əməkdaşlarına əlavə stimullaşdırıcı ödəniş edir. Bu pozitiv haldır. Amma dövlət büdcəsi hesabına da xarici elmi məqalələr çapının təşviq edilməsinə ehtiyac var. Bunun üçün isə elm xərclərinin məbləğinin ünvanlı şəkildə artırılmasına ehtiyac var. Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı həm də və əslində daha çox elmin inkişafından keçir”.

pia.az


Etiket: Vüqar Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar