Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu xəstəliyə yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir

"Yeni növ koronavirus (COVID-19) daxili orqanları da sıradan çıxarır. Virus ilk növbədə həyatı vacib orqanları zədələyir. Mütəxəssislər bildirirlər ki, COVID-19 daha çox ağciyər və ürəkdə fəsadlar yaradır".

Bu barədə pediatr-infeksionist Aytən Ziyadova bildirib.

O qeyd edib ki, infeksiya əvvəlcə ağciyər toxumalarını zədələyir: “Ən böyük fəsad ondan ibarətdir ki, ağciyərlərin yarıdan çoxu zədələnəndə çapıqlaşma baş verir. Ümumiyyətlə, istənilən iltihabi prosesdən sonra onun sonuncu mərhələsi kimi çapıqlaşma olur. Əgər iltihabın həcmi böyükdürsə, bu, həmin orqanın fəaliyyətini zəiflətmiş olur”.

Həkim-kardioloq Nüşabə Səfərova isə bildirib ki, çapıq izlərinə hətta COVID-19-a yoluxanların ürəyində də rast gəlinir. Virus damar sistemini və ürək əzələlərini də zədələyə bilir: “Ürək əzələlərinin zədələnməsi bir çox ritm pozuntularına, həyatı təhlükəli aritmiyalara səbəb ola bilər. Eyni zamanda, ürəyin yığılma qabiliyyətinin zəifləməsinə və get-gedə azalaraq daha da pisləşməsinə, xəstədə kəskin və xroniki ürək çatışmazlığının əmələ gəlməsinə, miokard infarktına aparıb çıxarması mümkündür. Damar sistemi vasitəsilə damar divarının zəifləməsinə, həm də birbaşa qana təsir edərək laxtalanmanın artmasına, trombların əmələ gəlməsinə, ayaqlarda dərin venaların zədələnməsinə aparıb çıxarır”.

Həkimlər iddia edirlər ki, xüsusi risk qrupuna aid olanlarda koronavirusun izləri daha dərin qalır. Bura şəkərli diabet, onkoloji, ürək çatışmazlığından əziyyət çəkənlər və hipertoniklər aiddir. Ona görə də virusa yoluxanların ümumi müayinədən keçməsi tövsiyə olunur. Yalnız bu halda zədələnmiş daxili orqanların vaxtında müalicəsinə başlamaq və müsbət nəticələr əldə etmək olar. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar