Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şirkət yollardan milyon qazanır - «Yol Xətt» MMC hansı tenderləri udur? - Siyahı

Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.

PİA.az fed.az-a istinadən xəbər verir ki, bu – «Yol Xətt» MMC-dir. (VÖEN: 1700233481).

Sözügedən şirkət 2019-cu ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 16 milyon 87 min 993 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 5 tenderlə əldə edib – bir tenderin orta qiyməti 3.2 milyon manatdır.

«Yol Xətt» MMC-nin əsas «müştərisi» Bakı Nəqliyyat Agentliyi olub. Şirkət 5 tenderdən 4-nü bu qurumdan udub – 16 milyon 62 min 187 manat. Bu isə ümumi tenderlərin 99 faizi deməkdir.

Qeyd edək ki, şirkətin gördüyü işlər üzrə əsas predmeti yolların xətlənməsi, yol nişanları,  dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidmətidir.

Xatırladaq ki, «Yol xətt» MMC 2006-cı ildə yaradılıb, 200 manat kapitalı var. Hüquqi ünvanı Bakının Binəqədə rayonunda 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. Qanuni təmsilçisi Zaur Həsənov, Mail oğludur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar