Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şirkət nazirliyin 3 ildə 64 milyonluq tenderlərinin qalibi elan edilib - Sənəd

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı malları satın alacaq.

PİA.az qlobal.az-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Xidməti bu məqsədlə sifarişçi olduğu 39.415.200 manatlıq tenderə yekun vurub.

Qurumun sözügedən tenderinin qalibi “Aqri Kon” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

“Aqri Kon” QSC 2018-ci ilin iyun ayında dövlət reyestrində qeydiyyata alınıb.

İki min on manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Salatın Əsgərova, ev 121, m. 1 ünvanıdır.

Xatırladaq ki, “Aqri Kon” QSC 2019-cu ilin noyabr ayında Dövlət Məşğulluq Xidmətinin yenə də eyni – “Özünüməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması” lotu üzrə 6.230.262 manatlıq tenderinin qalibi elan edilmişdi.

Maraqlıdır ki, “Aqri Kon” QSC 2018-ci ildə də, təsis edildikdən iki ay sonra “Aqri Kon MMC və Bis Co MMC konsorsiumunun aparıcı təşkilatı olan Aqri Kon MMC” kimi 2018-ci ilin avqust ayının 3-də Dövlət Məşğulluq Xidmətinin “Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı malları” lotu üzrə dəyəri 19.225.246 manat olan daha bir tenderinin qalibi olub.

Qeyd edək ki, şirkətin qanuni təmsilçi isə Sultanov Rəşad Mübariz oğludur.

pia.az


Etiket: Tender


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar