Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq - Rəsmi

Aprel ayının 1-dən bu günə qədər ölkə ərazisində xüsusi karantin qaydasını 55 mindən çox yol hərəkət iştirakçısı pozub...

PİA.az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O, cərimələri ödəməyən şəxsləri hansı məsuliyyətin gözlədiyini də açıqlayıb. Bildirib ki, ölkədə xüsusi karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir. Əks halda nəticə daha ağır ola bilər.

Qeyd edək ki, bu qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci, yəni ''Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması'' maddəsi ilə 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar. Bəziləri ödəməyəcəyini, bəziləri isə cərimələrin silinəcəyini düşünürlər.

Kamran Əliyev buna da aydınlıq gətirib.

Cərimə olunan şəxs müəyyən olunmuş müddətdə ödəmədiyi halda, öncə onun aylıq əmək haqqına yönəldilir və əməkhaqqından tutulur. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, həmin cərimə məbləği şəxsin işsizlik müavinətindən tutulur. Bunların heç biri olmadıqda isə cərimə edən orqan həmin şəxs barəsində ərazi məhkəmə orqanına müraciət edir və ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Qanunverici orqan da həmin müraciəti təmin edir, şəxsin ölkədən çıxışına qadağa qoyur.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: COVİD-19


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Təhsildəki korrupsiya: Ceyhun Bayramov necə “yeyir”...

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Əli Həsənovun qanunsuz verdiyi mənzillər satışa çıxarıldı - Sənəd

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Gələn həftədən Bakıya giriş-çıxış bərpa edilir? – Rəsmi açıqlama

Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı - Video

Karantindən sonra yas mərasimlərinin necə keçiriləcəyi açıqlandı

DSX-da şübhəli tender əməliyyatları... - Maddi-Texniki Təminat Baş İdarəsində nələr baş verib?

Adına əmək haqqı kartı var, özünün xəbəri yoxdur

Bakıda yeni qadağa: Bu şəxslər avtobusa buraxılmayacaq

loading...

Ən çox oxunanalar