Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslər rayona gedə biləcək

Karantin şəraitində vəkillərin ölkə üzrə hərəkəti ilə bağlı ezamiyyə problemi öz həllini tapıb.

Kollegiya rəhbərliyinin aidiyyəti dövlət qurumları ilə aralarında əldə olunmuş razılığına əsasən, vəkil qurumlarında fəaliyyət göstərən vəkillərın adları aid olduqları qurumların ASAN imzaları vasitəsilə “icaze.e-gov.az” portalına daxil edilməklə icazələri təmin ediləcək.

Fərdi vəkillər isə VÖEN-lərinin bağlı olduğu ASAN imzalar ilə “icaze.e-gov.az” portalı vasitəsilə özlərinə icazə alacaqlar. Artıq portala daxil edilmiş vəkillərin postlarda ezamiyyə vərəqləri təqdim etmələrinə ehtiyac qalmayacaq.

Bu günüdək vəkil qurumları “icaze.e-gov.az” portalından yalnız qurumda əmək müqaviləsi ilə işləyən şəxslər üçün icazə ala bilirdilər. Lakin günün sonunadək bütün vəkil qurumlarının və fərdi vəkillərin “icaze.e-gov.az” kabinetlərinə “vəkil” bölməsi əlavə ediləcək ki, bundan sonra portala qurumdakı vəkillərin (fərdi vəkillərin) məlumatlarını daxil edib icazə ala biləcəklər.

Hazırda Rəyasət Heyətinin Aparatı vəkil qurumları və fərdi vəkillərin zəruri məlumatlarını aidiyyəti dövlət qurumuna göndərməklə məşğuldur. Texniki həllin protala yerləşdirilməsi müəyyən vaxt tələb etdiyindən yalnız günün sonuna doğru “icaze.e-gov.az” portalına daxil olub vəkillər üçün icazə almaq mümkün olacaq.

Portala hər bir vəkili identifikasiya etmək üçün onların vəkil vəsiqələrinin nömrələri daxil edilməlidir. Bununla da vəkil olmayan şəxslərin başqa nömrə altında portala daxil edilməsi kimi sui-istifadə hallarının qarşısı alınacaq.

VK rəhbərliyi vəkillərə xəbərdarlıq edib ki, karantin rejiminin tətbiqinin davam etməsini nəzərə alaraq, xidməti zərurət olmadan yaşadıqları  regiondan kənara səyahət etməsinlər.

pia.az 


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar