Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu şəxslər də vəsiqə ilə hərəkət edə biləcəklər

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e- gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə veriləcək dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin hərəkətinə xidməti vəsiqə ilə icazə veriləcək.

PİA.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, aşağıdakı qurumların rəhbərləri və onların müavinləri xidməti vəsiqə ilə hərəkət edə biləcək:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

6. Azərbaycan Respublikasının Energetika Nazirliyi

7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

13. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (mühafizə və qəza xidməti)

14. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi (mühafizə və qəza xidməti)

15. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

16. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

17. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

18. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

19. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 20. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

21. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

22. “Azəriqaz” İstehsalat Birliyi

23. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

24. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

25. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 26. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

27. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 28. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

29. Bakı Nəqliyyat Agentliyi

30. Dövlət Dəniz Agentliyi

31. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

32. Dövlət Mülki Aviasiya Agentliyi

33. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

34. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

35. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

36. Yerli icra hakimiyyəti orqanları

37. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi.

Qeyd edək ki, bu qurumların digər əməkdaşlarının hərəkətinə “icaze.e- gov.az” portalından qeydiyyatdan keçməklə icazə veriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli fərmanına əsasən, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, QazaxAğstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video

Qarabağa qanunsuz gedən Solovyov erməni olduğunu etiraf edib - Video

Erməni mətbuatı: Azərbaycan qoşunları Qarabağın dərinliklərinə nüfuz edib

Alimlər insan kəlləsində yeni orqan tapdılar - Tibdə ilk

“Mənim xələfim bizim yolla getmədi...” – Sarqsyan məğlubiyyəti etiraf edir və Paşinyanı günahlandırır

Paşinyan Rusiyanı satıb dəstək almaq istəyir - Putin xəyanəti bağışlamır

loading...

Ən çox oxunanalar