Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu savaş xalqımız üçün Vətən müharibəsidir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabr ayının 6-da növbəti dəfə Azərbaycan xalqına müraciət etmişdir. Prezidentin bu müraciəti həm daxili auditoriyaya, həm Ermənistan ictimayyətinə, həm də beynəlxalq ictimayətə ünvanlanıb. Prezident daxili auditoriyanı həm XX əsrin əvvəllərinin, həmdə 1988-ci ildən sonrakı dövründə buraxılmış səhvlər haqqında məlumatlandırır, beynəlxaıq ictimayyəti əsl həqiqətlərlə maraqlanmağa məcbur edir. Ermənistan ictimayyətini isə miflərdən xilas edib tarixi, hüquqi və Şanlı Ordumuzun yaratdığı reallıqları qəbul etməyə çağırır.

Cənab Prezident xalqa müraciətində demişdir: İknci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.
Qəhrəman Azərbaycan Ordusu hər gün işğal altında olan yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edir. Oktyabrın 27-ə kimi 4 şəhər, 4 qəsəbə və 165 kənd işğaldan azad olunmuşdur. Beş il ərzində (1988-1993-cü illər) işğal olunmuş, 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm bir hissəsinin qısa müddət ərzində azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keşirdiyi hərtərəfli düşünülmüş, müdrik siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Keçən dövr ərzində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi ölkəmizdə ordu quruculuğunda da yüksək nəticələr əldə olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və son illərdə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş və öz hərbi potensialına görə dünyanın ən güclü 50 ordusu sırasındadır. Ölkə başçısının üzaqgörən siyasəti nəticəsində Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmış və bunun nəticəsində hazırda Azərbaycan Ordusunun müxtəlif hərbi sursatlara olan təlabatının müəyyən hissəsi öz müəssisələrimiz tərəfindən ödənilir.

Cənab Prezident öz müraciətində Minsk qrupunun fəaliyyətinə qiymət verərkən demişdir: “Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib”.

Belə nəticəyə gəlmək olur ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etməyə hesablanıb. Minsk qrupunun üzvlərindən biri Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb. Rusiya Ermənistanı silahlandırır, həttda atəşkəs zamanı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğaıçı rejimə birbaşa yardımlar ayırıb. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil.

Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlaral əməkdaşlıq etməsinin, çox vektorlu diplomatiyasının effektivliyini bir daha sübut etdi.
Prezidentin xalqa müraciətindən bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik. Vətən müharibəsi qələbəyə qədər davam edəcəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm bir hissəsində ölkəsinin bayrağını, xalqın milli ruhunu, qürurunu, özünə inamı, Ali Baş Komandan olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkənin nüfuzunu, yüksək səviyyəli müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.

Bütün Azərbaycan xalqı inanır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsi tezliklə Rəşadətli Ordumuzun tam və qəti qələbəsi ilə yekunlaşacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad olunan bütün Qarabağ torpaqlarında dalğalanacaq.

İsrafil Kərimov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar