Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu rayonumuza 15 sm qar yağıb - Foto

Ötən iki gün ərzində Qəbələ rayonunda havanın temperaturu aşağı düşüb, yağışdan sonra qar yağmağa başlayıb...

APA-nın yerli bürosunun xəbərinə görə yağıntı əsasən, Qəbələ şəhərinə, Qəmərvan, Laza, Duruca, Tikanlı və Bum kəndlərində müşahidə olunub.

Kəndlərdə havanın temperaturu əvvəlki günlərlə müqayisədə gündüz saatlarında 8-10 dərəcə aşağı düşüb. Aprel ayında qarın yağması sakinlər üçün də gözlənilməz olub. Yağıntının ən çox düşdüyü ərazi rayonun Qəmərvan, Duruca və Laza kəndləridi. Burada qarın hündürlüyü kəndlərin aşağı ərazilərində 5-7, yuxarı hissələrində isə 10-15 santimetrə çatıb. Sakinlərin sözlərinə görə, onlar neçə illərdir ki, aprel ayında qarın yağmasının şahidi olmurlar.

Kənd sakini Bəxtiyar Əliyarovun sözlərinə görə, apreldə Qəbələnin dağlıq ərazilərinə qarın yağması hələ ki, çiçəkləməyən meyvə ağaclarına və əkin sahələrinə ziyan vurmayıb. Əksinə, qar əkin üçün ziyanverici olan həşəratların məhv olmasına faydalıdır. Kənddə əhaliyə təbii qaz və elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Kənd əhalisi hər zaman belə hava və iqlim şəraitinə hazırdır. Kənd sakini onu da qeyd edib ki, ağsaqqal kişilərin dediyinə görə, keçmişdə bir dəfə may ayında bu ərazilərə qar yağıb.

Fotolar

pia.az


Etiket: Qəbələr qar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Ən çox oxunanalar