Şənbə, 10 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Bu qurultaydımı, müşavirəydimi...” - Politoloq hakim partiyanın qurultayını şərh etdi

Bu qurultay iddia olunduğu kimi, hakim partiya gəncləşdirmə islahat prossesinə start verdimi?...

Politoloq: “Yeni Azərbaycan Partiyası Azərbaycanda çox partiyalı sistemi inkişaf etməklə, purialist cəmiyyətin formalaşmasına nümunə ola biləcək addımları hələ ki, ata bilmir”.

“Əgər bu qurultay olsaydı, əvvəlcədən rayon təşkilatları qurultay nümayəndələri seçmək üçün konfranslar keçirməli idi. Amma bu konfranslar keçirilmədiyinə görə, görünür bu qurultay xarakterli konfrans idi. Mən özüm üçün belə müəyyən etdim”.

Bu sözləri politoloq Qabil Hüseynli Yeni Azərbaycan Partiyasının bu gün keçirilən qurultayını PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimniz kimi bu gün hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Artıq qurultay barədə bəzi məlumatlar yayılıb. İdarə Heyəti yenilənib, Siyasi Şura ləğv olunub. Siyasi Şuranın yerinə Veteranlar Şurası yaradılıb və sabiq deputat Arif Rəhimzadə bu quruma rəhbər deçilib. Qurultay əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibini 40 nəfərə qaldırıb və İdarə Heyətinə yeni üzvlər seçilib. O cümlədən Ramiz Mehdiyev, Syavuş Novruzov, Əli Həsənov kimi fiqurlar İdarə Heyətində yer almayıb.

Qurultayda diqqət çəkən məsələlərdən biri də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qurultayda iştirakı olub. Vasif Talıbov İdarə Heyətinin üzvü seçilib.

Pariyaya rəhbərliyi isə əvvəlki kimi Baş nazirin müavini Əli Əhmədov həyata keçirəcək. O, hakim partiyanın sədr müavini seçilib.

İlkin yayılan məlumatlara əsasən hakim partiyanın qurultayını necə dəyərləndirmək olar və bu qurultay iddia olunduğu kimi, hakim partiya gəncləşdirmə islahat prossesinə start verdimi? Ümumiyyətlə qurultaydan sonra partiyanın yerli təşkilatları dəyişimə qapı açacaqlarmı?

Yeni Azərbaycan Partiyasının qurultayını PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “YAP dərin islahatlar həyata keçirib, gəncləşib, ölkənin siyasi konyekturasına uyğun olaraq siyasi islahatlar aparıb, modern, müasir partiyaya çevrilmək üçün lazım olan nə varsa, onun hamısını yerinə yetirməkdə çox ehtiyatla hərəkət edir”.

Bu vaxta qədər ölkə prezidenti, partiyanın sədri İlham Əliyevin YAP-ın potensialına o qədər də müraciət etmədiyini diqqətə çatdıran politoloq PİA.az-a bildirib ki, prezident kadr siyasətində, müxtəlif tədbirlərin keçirilməsində daha çox özünün təşəbbüslərinə, özünün potensialına güvənirdi:

“Bu qurultaydımı, müşavirəydimi, ya da qurultay xarakterli konfrans idimi, bunu özüm üçün tam ayırd edə bilmədim. Əgər bu qurultay olsaydı, əvvəlcədən rayon təşkilatları qurultay nümayəndələri seçmək üçün konfranslar keçirməli idi. Amma bu konfranslar keçirilmədiyinə görə, görünür bu qurultay xarakterli konfrans idi. Mən özüm üçün belə müəyyən etdim.

Qurultay xarakterli bu konfransda da ciddi islahatlara gedilmədi, müzakirələr aparılmadı. İdarə heyətindən iki nəfər kənarlaşdırıldı, Siyasi Şura isə Veteranlar Şurasına çevrildi. Faktiki olaraq partiyanı gəncləşdirib, partiyanı günün tələbinə uyğunlaşdırmaq istiqamətində elə də ciddi addım atılmadı. Hər halda ilkin görüntüdə bu görünmür.

Bu vaxta qədər ölkə prezidenti, partiyanın sədri İlham Əliyev partiyanın potensialına o qədər də müraciət etmirdi. Prezident adr siyasətində, müxtəlif tədbirlərin keçirilməsində daha çox özünün təşəbbüslərinə, özünün potensialına güvənirdi. Amma hər halda partiya hakim partiyadır və aldığı adı özündə saxlayır. Cəmiyyətdə də ən çox sayılan partiyadır. Partiyanın üzvlərinin sayı 700 mindən çoxdur. Bütün rayonlarda da rayon şöbələri var.

Ümumilikdə götürsdükdə Yeni Azərbaycan Partiyası Azərbaycanda çoxpartiyalı sistemi inkişaf etdirməklə, purialist cəmiyyətin formalaşmasına nümunə ola biləcək addımları hələ ki, ata bilmir. Yəni YAP dərin islahatlar həyata keçirib, gəncləşib, ölkənin siyasi konyekturasına uyğun olaraq siyasi islahatlar aparıb modern, müasir partiyaya çevrilmək üçün lazım olan nə varsa, onların hamısını yerinə yetirməkdə çox ehtiyatla hərəkət edir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qurultay


Digərxəbərlər

Populyar xəbərlər

“İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”

Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı

Rusiya kəşfiyyatı: “Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür...” 

“Siyavuş Novruzovun Nəcməddin Sadıkovla Rövşən Əkbərovu müdafiə etməsi xeyli suallar doğurur”

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?..

Azərbaycan çempionu koronavirusdan dünyasını dəyişdi

Ən çox oxunanalar