Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu proses Xocalı, Xankəndi və Xocavəndi də əhatə edəcək” 

“Hesab edirəm ki, bundan sonra Türkiyənin hərbi iştirakının təmin olunması məsələsi müzakirə predmeti olmayacaq. Rusiya Prezidenti Putin də geosiyasi reallıqların dəyişdiyini bəyan etdi, bildirdi ki, Azərbaycan suveren dövlətdir və özünün müttəfiqlərini seçmək hüququna malikdir. Yəni Türkiyənin bu prosesdə Azərbaycana dəstəyinin davamlı olacağı şübhəsizdir. Eyni zamanda, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar tərəfindən açıq şəkildə deyildi, ortada qaranlıq heç nə yoxdur”.

PİA.az politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Azərbaycan, RusiyaErmənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyannamədə göstərilən üç rayon – Ağdam, KəlbəcərLaçın Azərbaycana təhvil verildi. Sizcə, bundan sonra proses necə olacaq, hansı istiqamətə gedəcək?

- Bu, anlaşmada detallı şəkildə izah olunmuş prosesdir. Anlaşmada əks olunan digər məsələlər də zamanla həllini tapacaq. Anlaşmada göstərilən əsirlərin və cəsədlərin dəyişdirilməsi, məcburi köçkünlərin əvvəlki yerlərinə qaytarılması, Laçın dəhlizinin Laçın şəhərindən yan keçməsi ilə bağlı prosedur layihəsinin həyata keçirilməsi, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin edən infrastruktur layihələrinin reallaşdırılması artıq razılaşdırılmış və həyata keçirilməsi üçün konkret mexanizmləri nəzərdə tutulmuş addımlardır.

Digərləri isə perspektiv addımlarıdır ki, bu da Azərbaycanın bütün ərazilərində dövlətimizin suveren hüquqlarının təmin olunması məsələsidir. Məlumdur ki, bu gün bütün dünya Xankəndi, Xocavənd, Xocalı və digər ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir.

Həmin ərazilərdə olan ermənilər də Azərbaycan qanunlarına tabe olmaq şərtilə orada yaşamağa davam edəcəklər. Bu prosesin zaman aparacağını düşünürəm. Bunun üçün Azərbaycan tərəfindən atılacaq ciddi addımlar var. Çox güman ki, bölgədə ciddi infrastruktur layihələri həyata keçirilməyini və bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul ediləcəyini gözləyirəm. Cənab prezident də öz çıxışlarında bu istiqamətdə addımların atılacağı anonsunu vermişdi.

Sonrakı prosesə ərazilərin minalardan təmizlənməsi, həyatın öz axarına qaytarılması, birgəyaşayışın təmin olunması daxildir, bunlar perspektivdə atılacaq addımlardır. Çox şey hadisələrin gedişatından – üzərlərinə öhdəlik götürmüş zəmanətçi dövlətlərdən və tərəflərdən asılıdır.

İlk növbədə, savaş ritorikasına son qoymaq Ermənistanın özü üçün faydalı olardı ki, bundan sonra bölgədə gedəcək inkişaf prosesində onun da payı olsun, nəhayət, sivil və normal dövlət kimi yaşamağa alışsın. Təbii ki, Ermənistan özünün faşist ideologiyasına son qoymayacaqsa, bu, daha acınacaqlı duruma gətirib çıxaracaq. Bu, ilk növbədə, Ermənistanın özünün zərərinə olacaq.

Əlbəttə, bundan sonra Ermənistana bölgə dövlətlərinə qarşı özünün zəhərli ideyaları ilə çıxış etmək imkanı verməyəcəklər. Yüz il əvvəl güzəşt limiti bitmiş Azərbaycan da bundan sonra ermənilərin nazı ilə oynamaq fikrində deyil. Ermənilər Azərbaycan qanunları və beynəlxalq hüququn prinsipləri ilə yaşamağı öyrənməlidirlər. Ermənistan dövlət olaraq beynəlxalq hüququn prinsiplərinə əməl etməli, qonşu dövlətlərin ərazi bütövlüyünü tanımalı və bunun dəyişməz olduğunu anlamalı, ölkəmizdə yaşayan etnik ermənilər isə Azərbaycan qanunlarına və Konstitusiyasına tabe olmağı öyrəməlidirlər. Buna alternativ yoxdur.

- Məcburi köşkünlərin qaytarılması prosesi Xankəndi, Xocalı və Xocavəndi də əhatə edəcəkmi?

- Şübhəsiz! Söhbət Azərbaycanın bütün ərazilərindən gedir. Söhbət məcburi köçkün düşmüş azərbaycanlıların öz yurd-yuvalarına qaytarılmasından gedir. Burada məsələnin manipulyativ elementi yoxdur, yəni konkret və aydındır.

- Bəs köçürülmə prosesi necə təşkil edilə bilər? Çünki ermənilər hələ də azərbaycanlılara qarşı radikaldırlar.

- Radikalizmin bir mərhələsi var. Nəzərinizə çatdırım ki, bu radikalizm bizdən daha çox Ermənistan hakimiyyətinə qarşı yönəlib. Digər yandan, məğlubiyyətin gətirdiyi aqressiya var ki, bu da zamanla soyuq düşüncə ilə əvəz olunacaq. Ermənistanın keçmiş xarici işlər naziri Jirayr Liparityan da açıq şəkildə etiraf edir ki, bu otuz il müddətdə aparılan danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünün şübhə altında alınması ilə bağlı məqam olmayıb. Yəni dünya hər zaman Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, bundan sonra da proses belə gedəcək.

Hesab edirəm ki, ermənilər revaşnist bəyanatlarından əl çəkəcəklər, çünki başqa çıxış yolları yoxdur. Bu gün Ermənistanın yenidən manipulyasiyalara əl atması üçün imkanları qalmayıb. Dünyanın reallıqları da dəyişib, artıq regional və sub-regional proseslərin iştirakçıları daha önəmli yer tuturlar, nəinki qlobal proseslərdəki ənənəvi oyunçular. Bu baxımdan, Ermənistanın hansısa formada manipulyasiya etməsi üçün imkanları qalmayıb. Erməni xalqı bu bölgədə yaşamq istəyirsə, qonşu dövlətlərə sayğı ilə yanaşmalı, tükətdiyi etimadını bərpa etməyə cəhd göstərməlidir. Ermənistan rəhbərliyi da bunu deyir ki, Azərbaycanla tam barışığa və sülhə nail olmaq, Azərbaycanı buna inandırmaq ön planda olmalıdır, başqa seçim yoxdur.

- Türkiyə Müdafiə Nazirliyi açıqlama verdi ki, Qarabağda atəşkəslə bağlı Ortaq Monitorinq Mərkəzinin yaradılması haqda saziş imzalandı və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatdı. Detallar, təbii ki, açıqlanmadı. Sizin fikriniz nədir, Türkiyə bölgədə hansı formada iştirak edəcək: Rusiya ilə eyni formada, yoxsa fəaliyyəti Monitorinq Mərkəzi ilə məhdudlaşacaq?

- Bu məsələlər Rusiya və Türkiyə arasında müzakirə edilib və razılaşdırılıb. Hesab edirəm ki, bundan sonra Türkiyənin hərbi iştirakının təmin olunması məsələsi müzakirə predmeti olmayacaq. Rusiya Prezidenti Putin də geosiyasi reallıqların dəyişdiyini bəyan etdi, bildirdi ki, Azərbaycan suveren dövlətdir və özünün müttəfiqlərini seçmək hüququna malikdir. Yəni Türkiyənin bu prosesdə Azərbaycana dəstəyinin davamlı olacağı şübhəsizdir.

Eyni zamanda, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar tərəfindən açıq şəkildə deyildi, ortada qaranlıq heç nə yoxdur. Hulusi Akar aşkar formada elan etdi ki, ortaq patrul xidməti həyata keçiriləcək, ortaq nəzarət məntəqəsinin yaradılacaq, Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsilə prosesə nəzarət ediləcək, təhlillər aparılacaq və atəşkəsin pozulmasına imkan verən amillər birgə aradan qaldırılacaq.

Təəssüf ki, Azərbaycanın bəzi ekspertləri rəsmi şəxslərin açıqlamalarını kənara qoyaraq, Rusiya və ya hanısa bir ölkənin maraqlarına xidmət edən kəslərin fikirləri üzərindən mülahizələr yürüdürlər. Yəni mövqe ortadadır, Türkiyə də öz mövqeyini açıqlayıb, bu məqamlar cənab prezidentin çıxışlarında da öz yerini tapıb. Bu baxıman düşünürəm ki, bu məsələ artıq müzakirə predmeti deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar