Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu parolları seçmək Təhlükəlidir

“Avira” antivirus şirkətinin tərtibatçıları xəbərdarlıq edir...

Almaniyanın “Avira” antivirus şirkətinin tərtibatçıları “ağıllı” qurğu və şəbəkə qurğularından istifadə zamanı ən təhlükəli parolları müəyyənləşdiriblər.

"Yeni Sabah" “ictnews”a istinadla xəbər verir ki, eksperiment üçün mütəxəssislər tərəfindən hakerlərə şəbəkə qurğularının (marşrutlayıcı, kamera və ya digər qurğular) siqnalını imitasiya edən “tələ” qurulub.

Hakerlər istənilən login və parol birləşməsini daxil etməklə onlara daxil olmağa çalışıblar. Bundan sonra şirkət hansı parol birləşmələrinin daha çox istifadə edilməsinin təhlilini aparıb. Eksperimentdə ümumilikdə 14 mindən çox insan iştirak edib.

Məlum olub ki, seçim üzrə 25,6 faiz halda hakerlər login və parol yerlərini boş qoyublar. İstehsal zamanı quraşdırılan növbəti ən populyar kombinasiyalar “admin/QWestM0dem” və “admin/airlive” (24 faiz) olub. Üçüncü yerdə (23,4 faiz) standart “admin/admin”, “support/support” və “root/root” birləşmələri qərarlaşıb.

Şirkət nümayəndələrinin fikrincə, təhlükəli parollarla bağlı problemlər əsasən standart kombinasiyaları dəyişmək istəməyən istifadəçilərlə deyil, qurğu istehsalçıları ilə əlaqədardır. Belə ki, bəzən sadə insanlar haker hücumlarının törətdiyi təhlükə barədə düşünmürlər.

pia.az


Etiket: parol şəbəkə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar