Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

Könül İsmayılova: “Əsas mərkəz rolu bundan sonra da Azərbaycan oynayacaq”

Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı artıq öz işini yekunlaşdırıb. Soçi görüşünün ardınca Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi maraqla izlənilməklə yanaşı, digər maraqlı nüansları da ortaya çıxarıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı-nı Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının (MMP) sədri Könül İsmayılova bildirdi ki, Azərbaycan müstəqillik qazanandan indiyədək bir çox istiqamətlərdə ikitərəfli və çoxtərəfli münasibətlərdə dövlət maraqlarının reallaşması üçün mühüm addımlar atmağa başlayıb.

Siyasətçi xanım bildirdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) birgə əməkdaşlıq vacib komponentlərdən idi. Onun sözlərinə görə, Azərbaycan bir çox təşkilatlarda müxtəlif dövlətlərlə əlaqələrin güclənməsi istiqamətində mühüm addımlar atıb:

“Ölkə başçısı digər təşkilatlarda olduğu kimi, bu təşkilatda da coğrafi cəhətdən kiçik olan Azərbaycanın böyük söz sahibinə çevirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb. Tədbir çərçivəsində Pakistan, Türkmənistan, İran, Türkiyə prezidentləri ilə görüşüb ki, bu görüşlərdə də ikitərəfli münasibətlərin daha da inkişaf etməsi müzakirə predmeti olub”.

Son zamanlar iki tərəf arasında müəyyən çağırışların, sual doğuran məsələlərin olduğunu vurğulayan Könül xanım qeyd etdi ki, prezidentlər görüşdə İran-Azərbaycan münasibətlərinin iki qardaş və dost xalqları arasında olan münasibətlərin ruhuna uyğun olaraq inkişaf edəcəyi ilə bağlı çıxışlar ediblər:

“Eyni zamanda, müxrtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etməsi ilə bağlı siqnallar verilib. Artıq Aşqabadda İran, Azərbaycan, Türkmənistan arasında türkmən təbii qazının Azərbaycan vasitəsi ilə İrana nəqlini nəzərdə tutan bir sənəd də imzalandı. Biz bu sənədlə əslində Cənub-Şimal və Cənub-Qərb nəqliyyat dəhlizində vacib rol oynadığımızı bir daha sübut etmiş olduq. Son vaxtlar Ermənistanda, İranda müxtəlif dövlətləri fikirlərinə əsaslanaraq qeyd edirdilər ki, guya Ermənistan Cənub-Qərb nəqliyyat dəhlizində mərkəz rolunu oynayacaq. Türkmənistan, Azərbaycan, İran arasında imzalanan sənəd bir daha göstərdi ki, istər neft-qaz, istərsə də qeyri-enerji mallarının Qərbə və Şimala çatmasında əsas mərkəz rolu bundan sonra da Azərbaycan oynayacaq”.

K.İsmayılovanın fikrincə, Zəngəzur dəhlizindən birgə istifadəyə dair türk dövlətləri, İƏT arasında olan fikirlər də çox vacibdir:

“Birgə memoranduma nəzər salsaq, orada Azərbaycanın işğaldan azad olunan rayonlarına investisiyaların qoyuluşuna çağırış edilib. Eyni zamanda Ərdoğan orada “Zəngəzur dəhlizi” sözündən də istifadə edir ki, bu, doğurdan da bu yolun da dəhliz olacağını Soçi görüşündən sonra bir daha əyani sübut edir”.

MMP sədr müavini hesab edir ki, KTMT-nin ancaq adı var və Ermənistan da yaxşı bilir ki, nə təşkilat, nə təşkilata üzv ölkələr Azərbaycanla problem yaşanan zamanda onların imdadına çatmayacaq. Onun sözlərinə görə, ilk növbədə ona görə ki, Ermənistan ədalətə qarşı çıxan, beynəlxalq hüququ pozan tərəfdir:

“Digər tərəfdən, Ermənistanın KTMT daxilində heç bir nüfuzu yoxdur. Xatırladım ki, bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər. Bəzi hallarda Azərbaycana qarşı bəyanatlar da səslənirdi, bir çox hallarda məsələlərə müdaxilə etməməyə üstünlük verirdilər. Azərbaycan istər İƏT, istər Türkdilli Dövlətlər Təşkilatı və digər platformalar, ikitərəfli münasibətlər müstəvisində həmin ölkələrin hərbi, iqtisadi, siyasi cəhətdən bizə yaxınlaşmasına nail oldu”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

General Musayev: "Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən..."

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib - Yenilənib

Elçin Babayevin həyat yoldaşı: "Yaxşı və dəyərli həkimlərin reklama ehtiyacı yoxdur!"

Zakir Qaralov Azərbaycanı birdəfəlik tərk edib? – İddia

Banklar niyə dollar satmır? - Əkrəm Həsənovdan şərh

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb - Yenilənib

Nazarbayev: "Hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi"

İlham Əliyevin ABŞ-a qarşı irəli sürdüyü ittihamların pərdəarxası məqamları....

Səbinə Əliyeva Şamaxıda sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb

Müharibə astanasında: Rusiya diplomatlarını təxliyə edir

“Ümid” partiyasının ümidləri Avropa İnsan Haqları Məhkəməsində doğrulmadı?

Ən çox oxunanalar