Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ölkədən sərt tələb: “Şimal axını-2” layihəsinə əngəl...

“Mudi”s” bildirib ki, Danimarkanın ekoloji standartlarla bağlı tələbi “Şimal axını-2” layihəsinə ciddi əngəl ola bilər

Bunu jurnalistlərə açıqlamasında "Mudi" beynəlxalq reytinq agentliyinin RusiyaMDB ölkələrinin neft-qaz sektoru üzrə aparıcı analitiki Denis Perevezentsev bildirib. Onun sözlərinə görə, ötən həftə Danimarka Energetika Agentliyinin “Nord Stream 2 AG” şirkətindən Bornholm adasının cənubundakı iqtisadi zonada qaz kəmərinin ekologiyaya təsiri ilə bağlı hesabat istəməsi sözügedən layihənin vaxtında başa çatdırılması üçün ciddi maneə yaradacaq. Həmin zona adanın cənubunda və Danimarkanın ərazi sularında yerləşir.

Beləliklə, “Şimal axını-2” layihəsinə ikinci alternativ marşrut seçmək təklif edilib. Analitik reytinq şirkəti hesab edir ki, bu tələb “Qazprom” üçün mənfi amildir və qaz kəmərinin nəzərdə tutulan müddətdə istifadəyə verilməsini sual altında qoyur. Plana görə, “Şimal axını-2” boru xəttinin cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulurdu.

Ekspert bildirib ki, yeni marşrutun seçilməsi bir neçə ay davam edə bilər. Bundan başqa, Danimarka sularında boru kəmərlərinin çəkilməsi də iki-üç ay vaxt aparacaq. D.Perevezentsev hesab edir ki, istifadəyə verilmə müddətinin gecikdirilməsi tranzit üzrə danışıqlarda “Qazprom”un mövqeyini zəiflədəcək. O əlavə edib: “Yeni tələblər təbii qazın Ukrayna ərazisindən tranziti öhdəliklərini illik 40-50 milyard kubmetr artıra bilər. Bu, əvvəllər nəzərdə tutulduğundan (10-15 milyard kubmetr) xeyli çoxdur. Nəticədə tranzit xərcləri “Şimal axını-2” marşrutu ilə planlaşdırılandan daha yüksək olacaq”.

“Şimal axını-2” illik 55 milyard kubmetr qazın nəqlini həyata keçirəcək boru kəmərinin Baltik dənizi ilə çəkilməsini nəzərdə tutur. Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi və ya müstəsna iqtisadi zonalarından keçməlidir. Adıçəkilən ölkələrdən yalnız Danimarka tikinti işlərinin aparılmasına icazə verməyib. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar