Çərşənbə, 29 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bu ölkə avronu qəbul edərək Avrozonaya qoşulur

Xorvatiya parlamenti vahid Avropa valyutasına qoşulma haqqında qanun layihəsini qəbul edib.

"Unikal" xəbər verir ki, "Reality"nin məlumatına görə, gələn ildən Xorvatiya Avrozonanın iyirminci ölkəsi olacaq.

Avroya keçidin lehinə 117 deputat, əleyhinə isə 13 nəfər səs verib.

Avronun dövriyyəyə buraxılmasının əleyhdarları hesab edirlər ki, indi bu cür dəyişikliklər üçün münasib vaxt deyil, çünki bu, yoxsulluğun artmasına səbəb olacaq.

Xorvatiya hökuməti əmindir ki, ölkə üçün avronun dövriyyəyə buraxılması yalnız müsbət effekt verəcək. Onların proqnozlarına görə, bu, valyuta risklərini aradan qaldıracaq, faiz dərəcələrini aşağı salacaq, ölkənin kredit reytinqini yüksəldəcək və daha çox investisiya cəlb edəcək.

Qanuna əsasən, Xorvatiya sentyabrın 5-dən hər iki valyutada malların qiymətlərini yenidən hesablamağa başlayacaq. Xorvatiya və Avropa valyutalarının paralel mövcudluğu gələn il ərzində də davam edəcək. İndi ölkədə Xorvatiya kunası dövriyyədədir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir

"Əri içib, ona şəkil atıb ki..." - Özünü binadan atan həkimin iş yoldaşları nələr danışdı? - Yenilənib

Məşhur generalın adı dələduzluqda hallanır - Məhkəmə hökmü

Səfər Mehdiyev məşhur idmançının qarşısında şərt qoydu

"Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək" - Paşinyan

Rusiyada zorən defolt seriyaları başlayır... - Hökümətin mövcud durumu idarə edə bilmək imkanları varmı?

Azərbaycanın məşhur supermarketlər şəbəkəsi bir ildə cəmi 8 min manat qazanıb? - Bu nə qədər inandırıcıdır?..

Bu gün vəfat edən Cüneyt Arkının vəsiyyəti açıqlandı - Yenilənib, Video

Putin “ağır çəkili” generalı təqaüddən geri çağırıb – Ukraynadakı rus generalları bir-bir sıradan çıxır - Fotolar

Azərbaycan məktəbində biabırçılıq: Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Video

“Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

Ən çox oxunanalar