Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu müddət ərzində jurnalistlərə hansı yardım olubsa...” - Əli Həsənov +Fotolar

Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 10 illik yubileyi münasibətilə tədbir keçirilib

Tədbirdə Fondun 10 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub. Yubileydə nazirlər, deputatlar, xarici ölkələrin nümayəndələri, paytaxtın rayon icra başçıları, jurnalistika sahəsində inzibati qurum rəhbərləri, media kapitanları və incəsənət xadimləri iştirak edib.

Daha sonra Novruz bayramı münasibətilə keçirilən müsabiqədə qalib olan jurnalistlər mükafatlandırılıb. Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, Fond hər il 3 dəfə jurnalistlərin fərdi yazı müsabiqəsi keçirir: "Bu gün Novruz bayramı münasibətilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması üçün yığışmışıq. 19 istiqamətdə keçirilən müxtəlif mövzularda olan müsabiqəyə 54 media qurumundan təqdim olunan 145 yazını 12 ekspert qiymətləndirib. Nəticədə 114 jurnalist mükafata layiq görülüb. Fonda və jurnalistlərə göstərdiyi qayğıya görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirik".

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək bildirib ki, prezident İlham Əliyev 10 il öncə fondun yaranması ilə bağlı sərəncam imzalayıb: "Fond Ümumilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil Azərbaycan media siyasətinin həyata keçirilməsində önəmli rol oynayıb. Bu illər ərzində Fondun ən böyük xidməti KİV-ə yardımın şəffaflaşdırılması və sistemləşdirilməsi olub. Kim nə deyir desin, 10 ildir jurnalistlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial problemlərinin həll edilməsinə dövlətin dəstəyi şəffaf şəkildə həyata keçirilib, istər mənzillərin paylanması, istər müsabiqə qaliblərinin müəyyənləşməsi, çap mediasına illik yardımların verilməsi hamının gözü qarşısında tam şəffaf və ədalətli olub. Bu müddət ərzində jurnalistlərə hansı yardım olubsa, kollegial şəkildə həyata keçirilib. Buna görə də neçə illərdir jurnalistlər prezident İlham Əliyevi "Jurnalistlərin dostu" seçir. Novruz bayramı tədbirlərindən istifadə edərək Azərbaycan jurnalistlərinə göstərdiyi sistemli dəstəyə görə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm".(Qafqazinfo)

pia.az


Etiket: Əli Həsənov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar