Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq

Bəzi xəstəliklərin müalicəsi olduqca çətindir, məsələn, onkoloji xəstəliklər kimi. Bu xəstəliyin adı belə insanları qorxuya salır

Onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi, müalicənin uğurlu olması baxımından da əhəmiyyətlidir. Hazırda xərçəngə qarşı önləyici tədbir kimi skrinninq proqramlar hazırlanıb.

Maraqlıdır, onkoloji skrinninq nədir? Müayinəsi necə aparılır?

Bu barədə Lent.az-a danışan onkoloq Aysel İbrahimovabildirib ki, onkoloji skrinninq sözügedən xəstəlik yaranmağa başladıqda, onun erkən aşkarlanmasıdır.

"Hər onkoloji xəstəliyin öz skrinninqi mövcuddur. Məsələn, baş-boyun onkologiyası, döş onkologiyası, kiçik çanaq üzvlərinin onkologiyası və s. hər xəstəliyin özünə aid konkret skrinninqi olunur. Amma hazırda onkoloji skrinninqin tətbiq olunan növü tomoqrafiya (MRT) və ultrasəs müayinələrdir. Lakin vurğuladığım kimi, hər onkoloji xəstəliyin özünə uyğun onkoloji skrinninqi aparılır".

Mövzu ilə bağlı Kliniki Tibbi Mərkəzin cərrahı Rövşən İbrahimov da açıqlama verib.

O, bildirib ki, onkoloji skrinninq - xüsusi instrumental laborator müayinələrə əsasən, heç bir onkoloji xəstəlik əlaməti daşımayan insanlarda bədxassəli törəmələrin aşkar olunmasıdır:

"Orqanizmdə latent formada mövcud olan onkoloji xəstəliklər özünü büruzə verməyə bilər və belə hallarda problemdən tez xəbər tutmaq üçün onkoloji skrinninq vacib prosedurdur".

Həkim əlavə edib ki, bu cür xəstəliklərin risk qrupuna zərərli vərdişləri (içki, siqaret) olan, artıq çəkili, yaşı 50-dən çox, ailəsində onkoloji xəstələr olan, səbəbsiz arıqlayan və iştahasızlıq əmələ gələn insanlar, hepatit B, C virusu, insan papilloma virusu olanlar, immun çatışmazlığı olanlar, əlverişsiz şəraitdə işləyənlər, əsəbi olanlar, yuxusuzluq, stress və digər əlamətlərdən əziyyət çəkənlər daxildir.

pia.az


Etiket: Xərçəng


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar