Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu monopolistlərin acgözlüyü, millətin qanını sormaq hərisliyidir”

Əmək haqlarının artırılması barədə informasiyanı eşidən kimi qiymətləri qaldırmaq necə bazar iqtisadiyyatı ola bilər?

“Son illərin tendensiyasına baxanda görürük ki, minimum pensiya və maaşların artırılması 2019-cu ildə əvvəlki illərlə müqayisədə daha böyük templə olub. Məsələn, mart ayına qədər vahid taarif cədvəli üzrə maaş alanların birinci kateqoriyaya aid olanı 170, 15-ci kateqoriyaya aid olanı isə 251 manat idi. İndi minimum əməkhaqqının artırılması ona gətirib çıxarıb ki, 15-ci kateqoriyaya aid olan 250 manat indi birinci kateqoriya olub”.

PİA.az xəbər verir ki, bunu Azpolitika-ya müsahibəsində millət vəkili Əli Məsimli deyib. O, bildirib ki, bu vahid taarif cədvəlinin bütün kateqoriyalarında olan işçilərin maaşlarının 50, 60, 70, bəzisində 100 manatdan çox artırılmasına gətirib çıxarıb. Amma Azərbaycanda qiymətlərin indiki səviyyəsi ilə götürəndə orta aylıq əməkhaqqı 600 manatın altındadır və ilin sonuna qədər 600 manatı ötəcək. Büdcə təşkilatında çalışanların da xeyli hissəsi 300, 400 manat maaş alır. “Bu pulla da yaşamaq çətindir. Şəxsən mənim Milli Məclisdə qaldırdığım məsələlərin içərisində əməkhaqqı, pensiya və digər ödənişlərin artırılmasının davam etdirilməsi qırmızı xətlə keçir.

Əməkhaqqı və təqaüdlərin indiki səviyyəsi qane etmədiyi üçün mən bunu əsaslandırılmış formada qeyd edirəm. Ona görə də, milli gəlirin bölünməsində ədalətsizlik aradan qalxmalıdır. MDB məkanında yeni yaradılan və “Dəyər” adlandırılan ÜDM-nin 45 faizindən çoxu Rusiyada əməyin ödənilməsinə sərf edilir. Bu proses bizdə 20 faizin ətrafında gedir. Qazaxıstanda bu 30 faizdən çoxdur. Əgər biz ÜDM bölgüsündə əməyin ödənilməsinin xərclərini Qazaxıstan səviyyəsinə, yəni 30 faizə çatdırsaq, bu zaman MDB məkanında Rusiyadan sonra ikinci yerə gəlib çatarıq”.

Maaşlarla bərabər qiymətlərin də qalxmasına diqqət yetirən Ə. Məsimli deyib ki, monopoliyaya qarşı ciddi mübarizə aparmaq lazımdır ki, artan maaş süni qiymət artımının yeminə çevrilməsin: “Bu məsələ mübahisəli xarakter daşıyır. Əslində mən bu fikirləri deyəndə, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, qiymətlərin artmasını nəzərdə tutmuram. Əgər dövriyyəyə əlavə pul daxil olursa, bu əlavə təzyiq yaradır və həmin təzyiqin bir hissəsi inflyasiyaya çevrilir. Bu, bazar iqtisadiyyatının qanunudur.

Bir də var ki, monopolistlər əmək haqlarının artırılması haqda dövlət tərəfindən informasiya verilməsinin səhəri günü qiymətləri artırmağa başlayırlar. Normalda bu informasiyada qeyd edilir ki, 15 gün və ya bir aydan sonra maaşlar qaldırılacaq. Əmək haqlarının artırılması barədə informasiyanı eşidən kimi qiymətləri qaldırmaq necə bazar iqtisadiyyatı ola bilər? Əslində bu monopolistlərin acgözlüyü, millətin qanını sormaq hərisliyidir. Nəticə də budur ki, işçi köhnə maaşla 100 vahid alırdısa əmək haqqlarının qalxmasından sonra bu pulla yenə də 100 vahid ala bilir. Bu, xalqın soyulmasının acgöz variantıdır və bunu aradan qaldırmaq lazımdır. Mənim biliyim imkan verir ki, bazar iqtisadiyyatının nə olduğunu anlayım. Bu artıq acgözlük, xalqın əlində olan pulların müxtəlif üsullarla mənimsəmək variantıdır. Bunun bazar iqtisadiyyatına yaxından-uzaqdan aidiyyatı yoxdur”.

Ə. Məsimli qeyd edib ki, həmin monopolistlərin xeyli hissəsi vəzifədədir: “Ya birbaşa iri kapital daşıyıcısı olan şirkətlərin başında dururlar, ya da dolayısı yolla onlara nəzarət edərək, həmin sahələri monopoliyaya götürürlər. Və ya öz çətiri altında saxlayır və digər təmiz işləyən, Azərbaycana fayda vermək qabiliyyəti olan iş adamlarını sıradan çıxarır, lazım gələndə qiymətlərlə də oynayırlar. Harada monopoliya varsa, orada iqtisadiyyatın yüksək səmərəsindən, ədalətli qiymətlərdən, xalqın güzəranının sürətlə yaxşılaşmasından danışmaq olmaz. Ona görə də, məmur biznesini və məmur sahibkarlığını aradan qaldıran kimi monopoliyaların xeyli hissəsi öz-özünə ləğv olub gedəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar