Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu məşhurların toyu koronavirusa görə baş tutmadı - Fotolar

Məşhurlar toy vaxtlarını ertələməli oldu...

Koronavirus pandemiyasının Azərbaycanda da yayılması toyların qadağan olunması və bir sıra tədbirlərlə nəticələndi. İllərdir subaylığın daşını atmaq, bir-birinə qovuşmaq üçün gün sayan məşhurlarımızın da toy arzuları məlum olmayan vaxta qədər ertələnməli oldu.

PİA.az koronavirusa görə toyu təxirə salınan məşhurların siyahısını təqdim edir:

Aparıcı Cavid Gül bu ilin yanvarında Nərgiz adlı xanımla nişanlanıb. Ömrünün 35-ci yayında toy etmək istəyən Cavidə isə “Covid-19” mane olub. Onun toyunun yeni vaxtı isə hələ ki bəlli deyil.

Əməkdar artist Nüşabə Ələsgərlinin Diasporla İş üzrə Dövlət Komitəsində çalışan qızı Nigar ötən ilin dekabrında Türkiyə vətəndaşı Doğanla nişanlanmışdı. Onların da toyu yaya təsadüf edəcəkdi. Lakin cütlük hazırda pandemiyaya görə “gözləmə” rejimindədir.

Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyevanın toy tarixi məlum idi. Bəh-bəhlə 1 iyunda dostlarını və qohumlarını şad gününə yığmaq istəyən nişanlılar bir az da gözləməli olacaqlar. Dediklərinə görə, toyları payız aylarına təsadüf edə bilər.

Manaf Ağayev ikinci oğlu Müşfiqi bu yay evləndirmək niyyətində idi. Lakin o da dəvət edəcəkləri qonaqlara başqa tarix demək məcburiyyətində qalacaq. Müğənninin oğlunun yeni toy tarixi məlum deyil. Amma sənətçi övladına apreldə ailə arasında nişan edib.

Müğənni Sevda Yahyayevaya 8 martda həkim Zakir Bayramov elçi gəlib. Amma onların nəinki toyu, hətta nişanları da təxirə düşüb. 17 martda nişanlanmağı düşünən adaxlılar yay ayları üçün də evlənməyi planlaşdırırdı. Pandemiya onlardan da yan keçmədi. Əməkdar artist Elza Seyidcahanın “onlayn toy” təklifinə “yox” deyən Sevdanın məclisinin yeni vaxtı sual altındadır.

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrinin toyu isə iki dəfə təxirə salınıb. Birinci dəfə aprel üçün nəzərdə tutulan mərasim, daha sonra iyunun 3-nə ertələnib. Lakin karantin dövrü uzadıldığından toy üçün yeni tarix müəyyənləşdirilməyib.

“Best model” yarışması ilə dünyada birincilik qazanan model Rüstəm Cəbrayılov bu ilin fevralında nişan mərasimi etmişdi. O, toyunun apreldə gerçəkləşəciyini bildirsə də, bu mərasim də pandemiya səbəbindən qeyri-müəyyən vaxta ertələnib.(Axsam.az)

pia.az


Etiket: toy məşhurlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar