Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu mənzillər jurnalistlərindir!” - Əflatun Amaşovdan “kupça” qalmaqalına reaksiya

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə çıxarışların (“kupça”) verilməməsi müzakirə mövzusuna çevrilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti avqustun 7-də binanın istismarına icazə verildiyini bəyan edib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi isə KİV-ə Dövlət Dəstəyi Fondunun müvafiq sənədləri onlara təqdim etmədiyi üçün “kupça”nın verilmədiyini elan edib.

Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərə verilən evlər xidməti ev kimi bir şeydir.

Yaranmış məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov münasibət bildirib.

Əflatun Amaşov “Yeni Çağ”a deyib ki, həmin mənzillər Pezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə əvəzsiz hədiyyəsidir:

“Bu eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir. O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranmış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaqdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar