Bazar, 21 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Bu “lotu”nun gücü yalnız qoca qadınlara çatırmış - DİN əhaliyə müraciət etdi

Bir neçə gün əvvəl Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində naməlum şəxs 73 yaşlı paytaxt sakini Viktoriya Kazakovaya zor tətbiq edərək onun içərisində 15 manat pul olan çantasını əlindən alıb. Hadisə zamanı zərərçəkən qadın soyğunçuluq edən şəxsə müqavimət göstərmək istəyən zaman pilləkənlərdən yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib

Daha bir oxşar hadisə martın 16-darayonun Ağa Neymətulla küçəsi ev 54 ünvanının qarşısında qeydə alınıb. Bu hadisə zamanı isə naməlum şəxs 80 yaşlı paytaxt sakin Maya Hüseynovaya zor tətbiq edərək onun içərisində 30 manat və sənədləri olan çantasını zorla əlindən alıb.

Hər iki hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsində aşdırma aparılan zaman cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələrini törətməkdə şübhəli bilinən Quba ryon sakimi Sabir Orucov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən narkotik vasitə də aşkarlanıb

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.(xezerxeber.az)

pia.az

Etiket: Müraciət

Şərh yazın.

loading...