Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ixtisaslar üzrə təhsil xərcləri 29 faiz artırıldı

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb...

Bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Başqa sözlə, bu ixtisaslar üzrə təhsilalanlara düşən təhsil xərci 1320 manatdan 1850 manata qaldırılıb.

Azərbaycan dili və ədəbiyyatı, dil və ədəbiyyat (dillər üzrə), xarici dil (dillər üzrə), riyaziyyat və informatika, riyaziyyat, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə), texnologiya, musiqi, tarix, tarix və coğrafiya, coğrafiya, informatika, təsviri incəsənət, ibtidai sinif, korreksiyaedici, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət və rəqs müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılaraq 1320 manatdan 1710 manata qaldırılıb.

Filologiya (dil və ədəbiyyat göstərilməklə), fəlsəfə, tərcümə (dillər üzrə), jurnalistika və kitabşünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 23 faizə qədər artırılaraq 1620 manatdan 2100 manata çatdırılıb./APA

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar