Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Bu işi niyə görmürsünüz, kömək edə bilərəm” – Sosioloqdan tənqid

“İyul ayının ortasıdır. Şəhərdə meyvə-tərəvəzin qiyməti olduqca yuxarıdır”

Bunu sosioloq Əhməd Qəşəmoğlu bildirib. O, qeyd edib ki, yaşadığı binanın həyətində bu gün pomidorun 1 kq. qiyməti 1man. 70 qəpikdir olub. O, başqa tərəvəzlərin də qiymətinin xeyli yuxarı olduğunu vurğulayıb:

“Əhalinin böyük əksəriyyətinin əməkhaqqı ilə bu meyvə tərəvəzi almaq xeyli çətindir.

Ötən il isə, sentyabr ayında baş soğanın 1 kq. qiyməti 12 qəpik idi. Deməli, əkin sahəsində o soğanın 1. kq. çox olsa 7-8 qəpik olardı. Yazıq kəndli bununla heç əkdiyi soğana çəkdiyi xərcin kiçik bir hissəsini də əldə edə bilməzdi. Bu havayı nökərçilikdən də qat-qat pis idi.

Aqrar sahəyə məsul olan şəxslər, bu sizin günahınızdır. Bu vəziyyət onun göstəricisidir ki, bu sahədə heç bir elmi təminat yoxdur. Xaotik bir vəziyyətdir. Axı belə məsələlərə yaxından bələd olan bir mütəxəssis kimi, yaxşı bilirəm ki, bizim ölkə kimi kiçik bir ölkədə bu məsələləri tənzimləmək asandır.

Bunun üçün həqiqi mütəxəssislərdən ibarət bir Elmi Mərkəzə ehtiyac var. O Elmi Mərkəz bu sahədə ciddi araşdırmalar aparıb növbəti il üçün tövsiyyələr hazırlamalıdır. Bu tövsiyyələrə əsasən qurulmuş iqtisadi mexanizmlər vəziyyəti tənzimləyə bilər. Siz bu işi niyə görmürsünüz? Ehtiyac varsa, mən Sizə elmi cəhətdən kömək edə bilərəm”. (Yeni Sabah)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar