Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il universitetə qəbul olunan yüzlərlə gənc ali təhsildən imtina etdi

Bu il ali məktəbələrə qəbul olunmuş 1-ci kurs tələbələrinin qeydiyyatı artıq başa çatıb. Heç şübhəsiz ki, bu ildə hansısa səbbələrdən qəbul olunduğu nail məktəbdən imtina edən gənclər olub

Modern.az saytı ali məktəblərə qəbul olunub, lakin qeydiyyatdan keçməyən – başqa sözlə ali təhsildən imtina edən – tələbələrin sayını öyrənmək üçün univeritetlərlə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova: “2019/2020 ci tədris ilində BDU-ya 5218 nəfər qəbul olunub. 5128 nəfər qeydiyyatdan keçib, lakin 90 nəfər qeydiyyatdan keçməyib. Tələbələrin qeydiyyatdan keçməməsinin əsas səbəblərindən biri onların xaricdə oxumaq fikri əsas rol oynayır”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı: “2019/2020-ci tədris ilinə Azərbaycan Dillər Universiteti üçün bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulmuşdu. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91% təşkil edirdi. Gələn ilə hədəfimiz 100%-dir. Statistika göstərir ki, universitetimizə maraq ildən-ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır.

Bu il qeydiyyatdan keçməyən 10 tələbə olub. Bunun da müxtəlif səbəbləri var. Məsələn, abituriyent qəbul olunur, amma fikrini dəyişir, təhsilini xaricdə davam etdirmək istəyir. Yaxud ailənin ödənişi etmək imkanı olmur. Digər səbəb kimi isə abituriyentin qəbul olunduğu ixtisasda oxumaq istəməməsini də göstərmək olar”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Qəzənfər Bayramov: “Bu il Texniki Universitetə 1509 tələbə qəbul olunub və qeydiyyatdan keçib. 58 nəfər isə qəbul olunub, lakin qeydiyyatdan keçməyib”.

Azərbaycan Neft və Sənaye Universiteti (ADNSU) mətbuat xidməti: “Bu il Azərbaycan Neft və Sənaye Universitetinə UFAZ-la (Azərbaycan-Fransız Universiteti) birlikdə 2870 nəfər qəbul olunub. UFAZ-ı çıxsaq, ADNSU-ya 2731 nəfər qəbul olunub. 53 nəfər tələbə isə qeydiyyatdan keçməyib”.

Bakı Slavyan Universitetinin mətbuat xidməti: “Bu il Slavyan Universitetinə 984 tələbə qəbul olub. 26 nəfər tələbə qeydiyyatdan keçməyib”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidməti: “Bu il Dövlət İqtisad Universitetinə 3338 nəfər qəbul olunub və 3273 nəfər qeydiyyatdan keçib. 65 nəfər qəbul olunsa da, qeydiyyatdan keçməyib. Magistraturaya isə 1526 nəfər qəbul olunub, 63 nəfər qeydiyyatdan keçmədiyi üçün həmin yerlər boş qalıb”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Mənsur İbrahimov: “2019/2020-ci tədris ilində Pedaqoji Universitetə 2298 nəfər qəbul olunub. Bunlardan 1442 nəfər dövlət sifarişi əsasında, 856 nəfər isə ödənişli əsaslarla qəbul olunub. 31 nəfər tələbə qəbul olunsa da, qeydiyyatdan keçməyib”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidməti: “Bu il 731 nəfər Tibb universitetinin tələbəsi adını qazanıb. 13 nəfər magistraturaya qəbul olunub”.

Mətbuat xidmətindən bildirilib ki, qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri tam bəlli olmadığından qeydiyyatdan keçməyənlərin sayı barədə məlumat dəqiq deyil.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti: “Bu il 1557 nəfər Memarlıq və İnşaat Universitetinin tələbəsi adını qazanıb. 1557 tələbənin 1537 nəfəri qeydiyyatdan keçib, lakin 20 nəfər keçməyib”.

pia.az


Etiket: Ali təhsil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar