Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Rusiyadan Azərbaycana gələn turst sayı açıqlandı

Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir

"Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox, bu ilin ilk 3 ayı ərzində isə 167 mindən çox turist gəlib".

Xəbər verilir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyevin sözlərinə görə, Rusiyadan Azərbaycana turistləri cəlb etmək üçün tək bu ölkənin mərkəzində deyil, həmçinin regionlarında da aktiv iş aparılması vacibdir. 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işlərinin intensivləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi planlaşdırılır.

Agentlik sədri qeyd edib ki, Rusiya Azərbaycan turizmi üçün ən əsas bazarlardan biridir və burada aktiv təbliğat işləri aparılır. 2018-ci ilin dekabrından Moskvada ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb.

F.Nağıyev Rusiyanın Azərbaycan turizm bazarının əsas iştirakçılarından biri olduğunu, rusiyalı turistlər üçün dil baryerinin olmaması, tolerantlıq, təhlükəsizlik səbəbindən Azərbaycanın daha rahat səyahət ölkəsi olduğunu, rusiyalı turistlərin ölkəmizin mədəni-tarixi irsinə maraq göstərdiyini, əylənmək və dincəlmək üçün geniş seçim imkanlarının mövcudluğunu vurğulayıb. O bildirib ki, rusiyalı turistlər tək istirahət üçün deyil, həmçinin Azərbaycanda keçirilən "Formula 1", UEFA Avropa Liqasının final oyunu kimi beynəlxalq yarışlara xüsusi maraq göstərirlər, şərab festivallarında iştirak edirlər.(Trend.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar