Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bu il Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacaq

Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi çərçivəsində Rəşt-Astara xəttinin tikintisinə bu il başlanacaq...

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında İranın Yol və Şəhərsalma Nazirliyinin Nəqliyyat İdarəsinin rəhbəri Şəhram Adəmnejad deyib.

Onun sözlərinə görə, hazırda layihənin icrasının maliyyələşdirilməsi modeli hazırlanır.

"Bildiyiniz kimi, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Rəştə qədər olan hissəsi artıq tamamlanıb. Bu layihə İranAzərbaycanın tranzit imkanlarını artıracaq. Layihənin Rəşt -Astara hissəsi qalır. Bu istiqamətdə qardaş Azərbaycanla danışıqlar aparılır. Bu il layihənin maliyyə modeli hazırlandıqdan sonra yolun qalan hissəsinin tikintisinə başlanacaq", - deyə Ş. Adəmnejad bildirib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar