Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Bu il Gürcüstanda genişmiqyaslı hərbi təlimlər keçirilməsi planlaşdırılıb

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

Nazir deyib ki, bu ilin mart ayında keçiriləcək hərbi təlimdə NATO-ya üzv və Alyansın tərəfdaşı olan 22 ölkə iştirak istəyini bildirib: “NATO-Gürcüstan manevrləri komanda-qərargah təlimləri olacaq. Bu baxımdan, əlavə hərbi texnikanın olacağı gözlənilmir. Hərbi təlimlər qatılacaq iştirakçı ölkələrin sayı baxımından genişmiqyaslı olacaq. Həmçinin Gürcüstan tarixində ilk dəfə olaraq təlimlər ölkənin müdafiə qüvvələrinin rəhbərliyi ilə keçiriləcək. NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi isə təlimlərin təşkilinə məsul olacaq”.

L.İzoria qeyd edib ki, digər genişmiqyaslı hərbi təlim Gürcüstanın qərbində təşkil olunacaq: “2019-cu ildə regional nöqteyi-nəzərdən ölkənin qərbində “Agile spirit” (“Çevik ruh” - red.) təlimləri keçiriləcək. Təlimlərdə ötən ildəkindən daha çox ölkələrin iştirakını arzu edirik və artıq bir sıra ölkələr qatılacaqlarını bildirblər. Gürcüstanın qərbində tarixdə ilk dəfə olaraq bu cür genişmiqyaslı çoxmillətli hərbi təlim baş tutacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar