Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il COVID-19 dünya turizminə üç trilyon dollar ziyan vurub - Video

Qlobal turizmə 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dəymiş ziyan üç trilyon dollardır.

Baku TV xəbər verir ki, bu barədə Dünya Turizm Forumu İnstitutunun rəhbəri Bulut Bağcı məlumat yayıb.

Bulut Bağçı gələn il bu rəqəmin peyvənd işləri, həmçinin, görülən tədbirlərə görə bir trilyon dollara enəcəyini qeyd edib.

Dünya Turizm Forumu İnstitutunun açıqlamasında bildirilib ki, Avropa Parlamentinin prezidenti David Sassoli və 11 ölkənin turizm nazirinin iştirakı ilə təşkil olunan Qlobal Turizm Forumu artıq yekunlaşıb. Forumda COVID-19-un turizmə təsirləri və bu sahənin dirçəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əsas gəlir mənbəyi turizm olan ölkələrdən biri qonşu Türkiyədir ki, bu ölkədə pandemiya səbəbindən 2020-ci ilin son 10 ayında ölkəyə səfər edən xarici turistlərin sayı ötən illə müqayisədə, 72,5 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə 11,2 milyon xarici qonaq qəbul edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 41 milyon nəfər olub. Gürcüstan isə turizmdən 516 milyon ABŞ dolları gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 81 faiz və yaxud 5,3 dəfə azdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar