Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub

Bu ilin 6 ayı ərzində Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Cinayət Məcəlləsində dəyişikliklərə dair Qanunun icrası davam etdirilib. Penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib.

Hesabat dövründə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 385 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş odlu və soyuq silah, habelə sursat götürülərək aidiyyəti orqanlara təhvil verilib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar