Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Bu ifadələr səfirə şərəf gətirmir” – Süleyman Əhmədov Vilayət Quliyevi qınadı - Foto

Sabiq nazirin “məqalə oğurluğuna” aydınlıq gətirildi...

Ötən gün mətbuatda Azərbaycanın sabiq Xarici İşlər naziri, hazırda isə Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyevin sabiq rabitə naziri Nadir Əhmədovu ittiham edən fikirləri yer almışdı.

Vilayət Quliyev sabiq rabitə nazirini onun araşdırmalarını öz adına çıxmaqda günahlandıraraq, sərt dillə qınamışdı: “Deyəsən son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq rabitə naziri Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunmuş "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib”.

Nadir Əhmədov isə sabiq həmkarının bu ittihamları ilə bağlı mətbuata açıqlamasında Vilayət Quliyevə böyük hörmətinin olduğunu demişdi: “O, yaradıcı insandır. Xətrini çox istəyirəm. Niyə bu fikrə gəldiyini deyə bilmərəm. Yazdıqları ilə tanış olandan sonra fikrimi deyəcəm”.

Bu gün “AzPolitika.info” ilə əlaqə saxlayan Nadir Əhmədovun qardaşı oğlu Süleyman Əhmədov Vilayət Quliyevin belə ittihamlar irəli sürməklə, haqsızlığa yol verdiyini bildirdi. S.Əhmədov qeyd etdi ki, doğrudan da Nadir Əhmədov öz kitabında Vilayət Quliyevin məqaləsindən istifadə edib. Lakin bu zaman müəllifə, yəni V.Quliyevə istinad olunub.

S.Əhmədov bildirdi ki, kitabın həmin faktların əks olunan səhifəsinin sonunda burada yazılanların V.Quliyevin müsahibəsindən götürüldüyü aydın şəkildə əks olunub. V.Quliyevin sabiq naziri belə sərt dillə ittiham etməsi isə etik normalara uyğun deyil: “Səfir Vilayət Quliyevin istinad elədiyi "İblis xislətli erməni" kitabının 87-ci səhifəsini sizə təqdim edirəm. Bunu bir cavab kimi Vilayət müəllimə göndərə bilərsiniz. Bəlkə ermənilər haqqında yazılan fikirlər Vilayət müəllimin xətrinə dəyib, açıqlama gətirsə yaxşı olardı. Səfirin işlətdiyi “çapovulçuluq”, “çax-çux” sözləri isə bir diplomatın, ziyalının işlədəcəyi ifadə deyil və ona şərəf gətirmir”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar