Cümə, 15 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bu içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağan edildi - Rəsmi

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq...

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, 2020-ci il yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minəcək.

AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək.

Tərkibində karbohidratların kütlə payı isə 11 faizdən artıq olmayacaq.

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Enerji içkilərinin etiketlərində “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar