Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu günün güzgüsü: İslahatlar dönməzdir!

Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərmanı islahatların dönməz olacağından xəbər verir...

Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə, Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edəndə bir sıra mühüm iqtisadi məsələlərə də toxunmuşdu.

Azərbaycan iqtisadiyyatının son 15 il ərzindəki dinamikasından danışan cənab prezident onun üç dəfədən çox artdığını bildirmişdi:

Sitat:

“Bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olub. Biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq.

Hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür”.

O bildirmişdi ki, xüsusilə də, ÜDM-in artımının çox böyük hissəsinin neft sektoru hesabına əldə olunması, burada dövlət investisiyalarının əsas rol oynadığı haqda deyilənlər, bundan sonra qeyri-neft sektorunun inkişafına, özəl sektorun böyüməsinə çox böyük üstünlük veriləcəyini göstərir.

Heç kimə sirr deyil ki, baş nazirin yeni müavini, sabiq iqtisadiyyat naziri Şahin Mustafayev azsaylı kadrlardandır ki, karyera yüksəlişi peşəkar keyfiyyətlərinə görə mümkün olub. Uzun müddət SOCAR-ın maliyyə məsələləri üzrə viste-prezidenti, vergilər nazirinin birinci müavini və iqtisadiyyat naziri işləsə də adı korrupsiya qalmaqallarında hallanmayıb, iqtisadiyyatı praktik olaraq bilən adamdır. Və bu gün Mikayıl Cabbarovun İqtisadiyyat naziri təyin edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərmanı islahatların dönməz olacağından xəbər verir.

Prezident tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, islahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə etdi, daha sonra struktural və kadr islahatlarına keçid başladı:

“Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırki mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünə bilər. Ancaq bir qədər diqqət etsək, kadr dəyişikliklərinin islahatların digər komponetləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən bəri alınan qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir. Xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün diqqəti cəlb edir. Qısa müddətdə baş nazirin dəyişməsi, baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses sadəcə kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir”.

“İslahatların ən ümdə vəzifələrindən biri əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin və islahatların əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının dayandığını göstərir”.

”Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlunun dediyinə görə,
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də iqtisadi müşavirə keçirdi. Bu, Prezidentin nazirlərlə keçirdiyi ikinci mobil toplantı idi. Prezident əvvəlki toplantılarda Nazirlər Kabinetinin tam heyəti ilə müşavirələr keçirərdi. İkinci toplantıdır ki, ancaq mövzulara aid olan sahələrin rəhbərləri toplantıya dəvət edilir. Prezidentin budəfəki toplantıda verdiyi mesajlar da diqqəti çəkirdi.

Prezident ilk dəfə Baş Nazir postunda Novruz Məmmədovu niyə Əli Əsədovla əvəz etməsinə aydınlıq gətirdi. Prezidentin sözlərinə görə, Əli Əsədov islahatları sürətləndirməlidir, o, dövlət başçısının tapşırıqlarını yerinə yetirməli, yeni ideyalar hazırlayıb reallaşdırmalıdır. Əli Əsədovun əsas vəzifələrindən biri də Azərbaycanın xarici borcunu azaltmaq və daxili resurslar hesabına böyük layihələri reallaşdırmaqdır.

Prezident həm də ondan narazıdır ki, bir sıra nazirlik və komitələr büdcələrini gərəksiz yerə şişirdir. Bunun arxasında korrupsiya elementlərinin olduğuna Prezident açıq işarə etdi. Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların artan sürəti maaş və pensiyaların növbəti artımına şərait yaratmalıdır”.

O ki qaldı islahatların davamına, Cənab Prezident dəfələrlə qeyd edib: İslahatlar dönməzdir!”.

Səbuhi Məmmədli
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar