Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən Bakıdan Batumiyə birbaşa aviareyslər təşkil olunur - Foto

“Buta Airways” Batumiyə birbaşa aviareyslər təşkil edəcək

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslər təşkil edəcək. Bu münasibətlə hava limanında açılış mərasimi keçirilib.

Batumi şirkətin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, bu şirkət vasitəsilə artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirilir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Açılış mərasimində Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze, AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və digər şəxslər iştirak edib. Mərasimdə çıxış edən hər iki şəxs bu reysin həm Azərbaycan, həm də Gürcüstan xalqı üçün uğurlu olacağını bildirib. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi-siyasi və digər sahələr üzrə münasibətlər inkişaf edir və bu reysin açılması hər iki xalqın turizm sahəsində bir-birini daha yaxından tanıması, qarşılıqlı səfərlər baxımından çox əhəmiyyətli olacaq. Mərasim iştirakçıları onu da bildirib ki, reysin açılmasında əsas məsələlərdən biri də onun hər dörd fəsildə davamlı olaraq yerinə yetirilməsinin nəzərdə tutulmasıdır.

Bu gün artıq ilk reys yerinə yetirilib. Mərasimdə iştirak edənlər reysin uğurlu olacağını əminliklə vurğulayıblar.(ONA)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar