Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcək

Bu gündən etibarən Azərbaycan vətəndaşları yalnız neqativ cavablı “PCR” testi barədə sənədi təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcək.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının 1 mart tarixində qüvvəyə minən qərarına əsasən, yeni qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarına da şamil edilib.

Qaydalara əsasən, bu ölkələrin vətəndaşları Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir. Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər.

Qeyd edək ki, daha əvvəlki qaydalara görə, Azərbaycan vətəndaşları yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin hər iki dozasının vurulmasını göstərən sənəd təqdim etməli idi.

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstanın quru sərhədlərində cari rejim davam etdiriləcək.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar