Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bu gün şəhidi​ Namiq Xəlilovun anım günü qeyd olunub - Foto

Bu gün Şirvanda XTQ-in giziri, İkinci Qarabağ müharibəsinin şəhidi​ Namiq Xəlilovun anım günü qeyd olunub.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda başladığı Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olan Xəlilov Namiq İlyas oğlunun anım günü bu gün Şirvan şəhərində qeyd edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında igid döyüşçü Namiq Xəlilovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin atasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Namiq kimi vətənpərvər, qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Şəhidlik zirvəsinə ucalan Namiqin təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb.

Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhidin məzarı başında çıxış edən millət vəkili İltizam Yusifov digər şəhidlərimizlə birlikdə adını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan Namiqin ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Namiqin xatirəsinin daim əziz tutulacağını bildirib.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Namiqin Azərbaycan Ordusunun zabiti kimi döyüşlərdə göstərdiyi şücaətdən və qəhrəmanlıq nümunələrindən danışıb, onların gələcəkdə gənc zabitlərə nümunə olacağını qeyd edib.

Sonra tədbir iştirakçıları şəhid Namiq Xəlilovun xatirə​ guşəsini ziyarət ediblər. Şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Qeyd olunub ki, Namiq Xəlilov Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda şəhidin atası İlyas Xəlilov çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

pia.az 

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - Yenilənib, Foto, Tam mətn

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri başa çatıb - Yenilənib

Ən çox oxunanalar