Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün savad, bilik, texnologiyalar hər şeyi həll edir” – İlham Əliyev

Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir...

Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir”.

İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu kitabında yer alan bu fikirləri dövlət başçısı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 28 saylı tam orta məktəbin açılış mərasimində çıxışı zamanı söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.

Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına səfərləri, həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar, mətbuata bəyanatların mətnləri toplanıb.

Nəşrdə Azərbaycan Prezidentinin Yaponiya, İsrail, Avstriya, Bolqarıstan, ABŞ və digər dövlətlərin, ATƏT-in, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair materiallar yer alıb.

Prezident İlham Əliyev bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu kitabda dövlət başçısının Bakı şəhərinin erməni işğalçılarından azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş təntənəli iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.

Azərbaycan Prezidentinin Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara rayonlarına, Quba şəhərinə səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin mətnləri də bu nəşrə daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar