Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Rusiyada vahid seçkilər günüdür

Bu gün Rusiyada vahid seçkilər günüdür.

Məlumata görə, 17-19 sentyabr tarixlərində Rusiya parlamentinin aşağı palatasına - Dövlət Dumasına, ölkənin 9 Federasiya subyektinin başçısı postuna (daha üç bölgədə qanunverici məclislərin deputatları ən yüksək inzibati şəxsləri seçəcəklər), 39 regional parlamentə və bələdiyyələrə seçkilər keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-dan saat 20.00-a qədər açıqdır.

Azərbaycandakı Rusiya vətəndaşları bu gün saat 08.00-dan saat 20.00-dək Rusiya səfirliyinin konsulluq bölməsində (Bakıxanov küçəsi) açılan seçki məntəqəsində səs verə biləcəklər.

Rusiya parlamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçiləcək. Hazırda Mərkəzi Seçki Komissiyasında seçkilərdə iştirak etmək üçün 14 siyasi partiya qeydiyyatdan keçib. Partiyalar ümumilikdə 3910 namizəd irəli sürüb. Dövlət Dumasında təmsil olunmaq üçün partiyalar seçicilərin 5 və daha artıq səslərini toplamalıdırlar.

Seçkilər bu gün - sentyabrın 19-da Moskva vaxtı ilə saat 20:00-da başa çatacaq.

Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Moskvada səfərdədirlər. Sentyabrın 16-dan başlayan səfər sentyabrın 20-dək davam edəcək.

Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.(apa)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar