Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu gün küçələrə çıxanların heç bir manifesti yoxdur”...

19-cu əsrdə sinfi və milli mübarizələrdən heç bir şey çıxmamışdısa, bu gün baş verənlərdən də heç kim heç nə gözləməməlidir. Ən azından o günlərdə üsyan edənlərin ciblərində bir manifest və bir proqram var idi. Bu gün küçələrə çıxanların isə cibləri boşdur...

Süleyman Seyfi Öğün

“Yeni Şafak” qəzeti, Türkiyə, 8 iyun 2020-ci il

Tarixi yaradan xalqlar deyil. Bu anlayış millətlərin və siniflərin konkretləşdiyi 19-cu əsrin bir illüziyasıdır. Transformasiyalar, əsasən maddi strukturlarda ortaya çıxır. Ancaq heç bir subyektiv cavab tapmır. Bu təcrübələrin subyektiv dünyadakı təsiri və yaratdığı reaksiyalar olduqca mürəkkəbdir. Bu da ziddiyyətli şərhlər yaradır. Bir misal çəkək: müasir tarix nə Fransa inqilabının, nə də Sovet inqilabının məhsuludur. Bu inqilabların şüarları müasir tarixi açıqlamalardan xeyli uzaqdırlar. İnqilablar baş verdiyi üçün dünya nə bərabərlik, nə də azadlıq və qardaşlıq qazana bilib. Proseslər isə tam əks istiqamətdə davam edib. 21-ci əsr 20-ci əsrdən daha qeyri-bərabər bir dünyadır. Azadlıqdan söhbət gedirsə, heç bu da baş vermədi. Əksinə müasir totalitarizm və avtoritarizm “azadlığın nəticələr”ini ört-basdır edib.

Kant Əbədi Sülh anlayışını təsbit etmişdi, lakin müasir müharibələr tarixi bu proqnozu məhv etdi. 1870-1914 illər arasındakı “Belle Epoque” (Gözəl Dövr) və ya Parlaq Era kimi dövrlər də boş ümid kimi əsib keçdi. Sonra isə ağır iqtisadi böhranlar və müharibələr dövrü başladı.

Əgər belədirsə, o zaman bu sualı verə bilərsiniz: insan iradəsinin tarixdə heç bir rolu yoxdurmu? Əlbəttə, var, lakin ancaq müəyyən dərəcədə. Sinfi və milli təsəvvürlərdən törəyən şüarlar “dövlət-millət-kapital” üçlüyünün mərhələlərində qurulan tarazlıqların xüsusiyyətindən asılı olaraq işlənir və yalnız qismə həyata keçirilə bilər.

İndi isə buna bir ad verək: bu ümumi anlayışa əsaslanaraq 2020-ci il böhranını başa düşməliyik. 1945-ci ildən sonra qurulan Dünya Nizamının sabitliyi yalnız “uzlaşmış” Mərkəzi Dünya cəmiyyətləri üçündür, o da çox qısa bir müddətlik etibarlı idi. Yarı-mərkəz və ya dünyanın ətrafındakı xalqlar da qaynamağa davam edirdilər. Populist-millətçi qiyamlardan əziyyət çəkirlər və tam hər şeyin düzəltdiyini düşündükdə bu dəfə də ağır ev tapşırıqları ilə (müasirləşmə, inkişaf, demokratikləşmə və rifah kimi), yeni asılılıq münasibətləri və qanlı daxili nizamsızlıqla qarşılaşırlar.

20-ci əsrin necə ki, 1900-cü ildə deyil, 1945-ci ildə necə başlamışdısa, 21-ci əsr də 2000-ci ildə deyil, 1989-cu ildə başlayıb. Sovet hakimiyyətinin dağılması təkcə Kommunist Blokunun dağılması demək deyil, həm də tək dünya nizamının dağılması idi. Sovetlərin tarix səhnəsindən silinməsi bunun yalnız ilk dalğası idi. Bu dalğa isə tezliklə qələbənin sərxoşluğuna qapılan Qərbə də bir zərbə vuracaqdı. 1990-cı ildə İngiltərədəki can vergisi üsyanları və 1999-cu il Setl qiyamı bunun ilk göstəricisi idi. 2008 böhranı isə bu sunaminin Qərbə çatdığına işarə edirdi. Korona pandemiyası zamanı baş verənlər Qərb üçün iflas əlamətidir. 1991-ci illərdə Sovet İttifaqında baş verənlər bu gün ABŞ-da baş verir. Ən pisi isə odur ki, bunun geriyə dönüş yoxdur.

İğtişaş hərəkatları Qərbin sabit, azad və təhlükəsiz cəmiyyətlərini sarsıdır. Bu iğtişaşların hər hansı bir nəticəsi olmayacaq. 19-cu əsrdə sinfi və milli mübarizələrdən heç bir şey çıxmamışdısa, bu gün baş verənlərdən də heç kim heç nə gözləməməlidir. Ən azından o günlərdə üsyan edənlərin ciblərində bir manifest və bir proqram var idi. Bu gün küçələrə çıxanların isə cibləri boşdur. 1960-cı illərin əks-mədəniyyət hərəkatlarından bəri vəziyyət belədir. Yalnız rədd etmək və etiraz etmək üsyanlar tarixinin tək sərmayəsinə çevrilib. Xaos çox asanlıqla yönləndirilə bilər. Bir çox digər məqsədlər üçün də idarə edilə bilər. Əsas məsələ yuxarıda göstərilən üçlük (dövlət-ölkə-kapital) arasındakı tarazlığın pozulmasıdır. Bu xaos yeni bir tarazlıq qurulana qədər davam edəcək.

Tarazlığı pozan sərmayənin alt siniflər başda olmaqla, millətləri və dövlətləri ağır borc altında qoyan və müdafiəsiz halda buraxan şey maliyyə problemləri idi. Buna 1970-ci ildə Nikson Şoku ilə start verildi. Real iqtisadiyyatlar da bundan öz paylarını aldılar. Bu, “Wall Street“ - “Main Street” gərginliyi adlandırılan şey də məhz budur. Əgər yalnız millətlər məğlub olsaydı, məsələ dövlət aparatları ilə həll edilə bilərdi (reyqanizm və tetçerizm də bunu proqnozlaşdırırdı). Lakin dövlətlər və real iqtisadiyyatlar da problemlə üzləşib. Bu günki mübarizə real iqtisadiyyatın təməlində pul nizamına meyil edən dövlətlərlə pul oyunları oynayan maliyyə bazar arasında gedir. Yəni bu, maddi bir mübarizədir. Siniflər və millətlər isə bu mübarizənin alətləridir. Üstəlik, dövlət-kapital mübarizəsi birbaşa olaraq baş vermir, kapital tərəfindən “dövlət-millət” və “xalq içindəki” davalarla örtülməsini istəyirlər. Ölkədaxili münaqişələrdə və dövlət-millət qarşıdurmasında bir qalib ola bilməz, əgər uzansa, proses tərəflərin itkisi ilə nəticələnir.

ABŞ və ya Fransadakı hadisələr daha çox dərinləşsə, belə olacaq. Xaotik sosial üsyanları yatırmaq dövlətlərin məharətini göstərən proseslərdir. Qalib gələn dövlətlərin olacağına inanıram. Görünür, dövlət-millət ittifaqı sağ populist siyasətlərlə təmin ediləcək. “Jokerlər” məğlub olacaq və onları “Parazitlər” əvəz edəcəklər.

Kapital-dövlət mübarizəsi də qızışır. Dövlətlər rəqəmsal cəhətdən yenilənirlər. Qızıl standartlarına əsaslanan rəqəmsal pul iqtisadiyyatları BVF-nin rəqəmsal puluna rəqib ola bilərlər. Kimin qalib olacağı ilə bağlı müzakirələr də edilə bilər. Amma burası dəqiqdir ki, hər şəkildə millətlər məğlub olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar