Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün KTMT-yə üzvlük zamanıdırmı?

Azər QARAMANLI

Cənubi Qafqaz uğrunda geosiyasi savaş başlayarsa, Azərbaycanın bitərəfliyi ölkəmizin milli təhlükəsizliyinin və siyasi sabityin qorunması üçün yetərli olacaqmı?

Ötən bazar günü Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiyanın imzalanmasının ardınca Azərbaycanda ölkəmizin RusiyaNATO”suna (Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı - KTMT) üzv olması üçün səslər eşidilməkdədir. Həm də həmin səslər elə ağızlardan eşidilir ki, bunu təsadüf olaraq qəbul etmək mümkün deyil. Eynulla Fətullayevin ictimai nəbzi yoxlamaq üçün yazdığı məlum yazıdan bir gün sonra Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, eyni zamanda Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin elə Eynulla Fətullayevin rəhbərlik etdiyi sayta müsahibə verərərək Azərbaycanın KTMT-yə üzv olmasını dəstəkləməsi ondan xəbər verir ki, hakimiyyət kulislərində bu barədə müzakirələr gedir.

Əslinə baxılarsa, bu məsələnin Xəzərin statusuna dair Konvensiyanın imzalanması ilə heç bir əlaqəsi yoxdur. Bu məsələnin 25 ildən sonra Xəzərlə bağlı 5 sahilyanı dövlətin konsensus əldə etməsi ilə əlaqələndirilməsi gözə kül üfürməkdən başqa bir şey deyil. Lakin demək olmaz ki, KTMT-yə üzvlük məsələsinin məhz bu gün ortaya atılmasının heç bir əsası yoxdur.

Belə bir əsas var və bu əsas təbii ki, bölgədə yaranan geosiyasi vəziyyətdir. ABŞ-ın Rusiya, İran və Türkiyəyə açıq basqı və hücumları fonunda bu üç ölkənin strateji müttəfiqliyinin baza konturları ortaya atıldığı indiki günlərdə Bakının siyasi kulislərində Azərbaycanın RusiyaNATO”suna üzvlüyünün müzakirə olunması da təbii qəbul edilməlidir. Çünki regionda geosiyasi savaşın qızışdığı bu günlərdə rəsmi Bakı üçün ölkədə siyasi sabitliyin təmin olunması bir nömrəli strateji məsələdir və bu strategiya müxtəlif versiyaların müzakirə olunmasını zəruri edir.

Öncəliklə qarşıda cavab gözləyən bir sual var: Cənubu Qafqazda səngərin bir tərəfində Rusiya, İran və Türkiyənin, digər tərəfində isə ABŞ və İsrailin durduğu geosiyasi savaş (ya da hibrid savaş) başlayarsa, Azərbaycanın bitərəfliyi ölkəmizin milli təhlükəsizliyinin və siyasi sabityin qorunması üçün yetərli olacaqmı? İndiki vəziyyətdə bu sualın cavabı yoxdur.

Lakin Azərbaycanın bitərəfləyini pozaraq KTMT-yə üzv olduğu halda ölkənin milli təhlükəsizliyinin və siyasi sabityin qorunması mümkün olacaqmı? Bu sualın da birmənalı cavabı yoxdur və siyasi perespektivdə Azərbaycanın RusiyaNATO”sunda olması daha böyük təhlükələrə yol aça bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hər şeydən əvvəl Azərbaycanın balanslaşdırılmış xarici siyasətdən imtina etməsi Cənubi Qafqazın geosiyasi balansını pozmaqla yanaşı gələcəkdə Azərbaycana qarşı Qərbin, xüsusən də ABŞ-ın siyasi, iqtisadi sanksiyalarının tətbiq olunmasını da qaçılmaz edəcək. Bu isə Azərbaycanın iqtisadi maraqlarını və iqtisadi təhlükəsizliyini birbaşa təhdid altına salır.

Sanksiyalar Azərbaycanın geosiyasi maraqlarına və enerji layihələrinə çox böyük ziyanlar vura bilər. Və bu zaman Azərbaycanın təbii sərvətləri, geosiyasi durumu və iqtisadi maraqları birbaşa Rusiyanın nəzarəti altına keçə bilər.

Özü-özlüyündə Azərbaycanın KTMT-də və yaxud başqa bir beynəlxalq hərbi ya da siyasi ittifaqda iştirak etməsi Azərbaycanın müstəqilliyinə ziyan vurmaz. Ancaq indiki şərtlərin diqtəsi tamamilə fərqli olduğu üçün hazırkı durumda Azərbaycanın milli təhlükəsizliyinə, iqtisadi və geosiyasi maraqlarına KTMT-yə üzv olmaq, olmamaqdan daha çox ziyan vura bilər.

Bəzilərinin iddia etdiyi kimi isə KTMT-yə üzv olduqdan sonra Dağlıq Qarabağ probleminin həllini gözləmək isə çox böyük sadəlöhvlükdür. Əslində bunu iddia edənlər həmin arqumentləri yalnız təbliğat üçün irəli sürürlər və heç özləri də söylədiklərinə inanmırlar. Çünki hazırkı durumda Rusiya anti-Qərb alyansı yaratmağa cəhd edir və bu durumda Moskvanın Cənubi Qafqazda balansı pozmaq istəməsi, AzərbaycanErmənistan arasında seçim etməsi imkansızdır. Hətta Moskva istəsə belə, bunu edə bilməz. Çünki belə bir seçim Kremlin geosiyasi yanlışı olar və Qərbə qarşı Moskvanın yaratmaq istədiyi alyans pozular.

Yuxarıdakı sualın cavabına gəlincə, bu gün Azərbaycanın siyasi rəhbərliyi bütün versiyaları saf-çürük etməli, müzakirələr aparmalıdır. Lakin qərar veriləcək gün bu gün deyil. Azərbaycan gözləməlidir və Gürcüstndan heç də tez qərar verməyə can atmamalıdır. Ən azından Avropada atılan addımlar çox diqqətlə izlənilməlidir. Çünki ABŞ-ın və İsrailin irəli sürdüyü şərtlər altında Avropanın birbaşa Vaşinqtonun yanında yer alacağı çox mübahisəlidir və Avropa siyasətçiləri var gücləri ilə Rusiyanın Şərqdə ittifaq qurmasına mane olacaqlar. Hər halda Rusiya, İran və Türkiyənin Şərqdə bir ittifaqda birləşməsi və eyni zamanda Çin və Hindistanın da bu ittifaqa dəstək verməsi Avrasiyada geosiyasi xaosun yaranmasına səbəb ola bilər. ABŞ nə qədər özünə arxayın olsa da, Avropa öz qapılarının ağzında xaosun yaranmasına izn verməməlidir və yəqin ki, izn verməyəcək.

Bu üzdən də Azərbaycan öz daxilində siyasi sabitliyi qorumaq üçün daha çox öz gücünə güvənərək addımlar atmalı və gözləmə mövqeyi tutmalıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar