Şənbə, 28 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu gün İstanbuldan Bakıya çarter reysi ilə 474 azərbaycanlı çatdırılacaq  

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan vətəndaşları bu reyslər vasitəsilə vətənə çatdırılacaqlar.

Beləliklə, bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı çatdırılacaq. Daha bir çarter reysi sabaha planlaşdırılacaqdır.

Bundan əlavə, yaxın zamanda AZAL Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca AZAL Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda "qaynar xətt" yaradılmışdır. "Qaynar xətt"in nömrəsi: +90537 282 67 40

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: AZAL


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - Rəsmi açıqlama

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Koronavirus haqqında danışanlar həbs ediləcək – Qadağa

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İlham İsmayıl: “Bu, bir qorxu psixologiyasıdır”

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - Rəsmi

Koronaya yoluxan Consonu müşaviri qaçaraq tərk etdi - Video

Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq

loading...

Ən çox oxunanalar