Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün işdən çıxarılan icra başçısı Elmar Vəliyevin villasını niyə dağıtmışdı?

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün tutduğu vəzifədən azad edilən Göygölün icra başçısı Arif Seyidov İmişlinin keçmiş rəhbəri, rüşvət və korrupsiyaya ittihamı ilə həbs edilən Vilyam Hacıyevin dostudur...

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Arif Seyidov ən çox narazılıq edilən icra başçılarından olub. Mətbuatda vaxtaşırı onun barəsində tənqidi yazılar dərc edilib.

Arif Seyidov həm də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin villasını yerlə-yeksan etməklə yadda qalıb. Bu hadisə 2011-ci ilə təsadüf edir. Həmin vaxt yayılan məlumatda iddia olunurdu ki, Elmar Vəliyev Göygölün Toğana kəndi ərazisində yerləşən “Cənnət bağı” restoranına məxsus torpaq sahəsində üçmərtəbəli yay rezidensiyası tikdirib.

“Cənnət bağı” restoranı isə tikinti maqnatı kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur. Elmar Vəliyev tikintini Göygöl Rayon İcra Hakimiyyətinə xəbər vermədən həyata keçirib və İsfəndiyar Axundovu da hədələyib ki, bu barədə sussun.

Amma az sonra Arif Seyidov məsələdən xəbər tutub və onunla Elmar Vəliyev arasında ciddi problem yaranıb. Elmar Vəliyevlə mübahisə edən Arif Seyidov ona sözügedən üçmərtəbəli tikilinin sənədsiz işşa olunduğunu bildirib və bu barədə niyə ona xəbər verilmədiyinə irad tutub. Elmar Vəliyev isə kobud cavab verib. Bundan sonra Arif Seyidovun göstərişi ilə Elmar Vəliyevin Toğanadakı üçmərtəbəli villası darmadağın edilib.(yeni sabah)

pia.az


Etiket: Arif Seyidov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar