Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün həm də onların günüdür

Onların da digər uşaqlar kimi sevilməyə, dəyər verilməyə haqları var...

Bu gün bütün dünyada Beynəlxalq Daun Sindromu Günüdür. Belə ki, ilk dəfə İspaniyanın balear adaları muxtar Respublikasını paytaxtı Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə beynəlxalq tədbirdə martın 21-i Beynəlxalq Daun Sindromu Günü olması ilə bağlı təşəbbüs irəli sürülüb.

Qeyd edək ki, Daun sindromu 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) nəticəsində yaranan xəstəlikdir. Sindrom 1866-cı ildə aşkar edilib. İngilis həkimi Con Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Asiyalı alimlərin xəstəliyin “monqolizm” adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə “Daun sindromu” adını alıb.

Sindromun diaqnozu

Daun sindromlu xəstələrdə əsasən görmə pozğunluğu müşahidə olunur, qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və yeriməyi gec öyrənir. İmmun sistemi zəif olur, xəstəliklərə daha tez tutulur, xüsusi ilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Böyrəklərində və ürəklərində adətən qüsurlar olur. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Daun sindromlu kişilər sonsuz olsa da, bəzən qadınlar ana ola bilir.

Bütün bunlara baxmayaraq, daun sindromlu uşaqlar çox mehriban olur, insanlarla tez bir zamanda ünsiyyət qura, digər həmyaşıdları kimi şeir, nağıl öyrənə bilirlər. Hətta özlərinə qulluq etməyi də bacarırlar.

Daunun yaranma səbəbləri...

Daun irsi xəstəlikdir və bu sindrom uşağa yalnız anadan keçir, əsasən 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. 35-40 yaşlı hər 400 qadından 1-i Daun sindromlu uşaq dünyaya gətirə bilər. 40-45 yaşlı hər 80 qadından 1-inin övladı Daun sindromlu doğula bilər.

Çox vaxt irsi xəstəlik dedikdə elə hesab edirlər ki, daun nəsildən-nəsilə keçir: əgər nəsildə kimdəsə daun sindromu olubsa, nəvə, nəticə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Xəstəlik yalnız ananın orqanizmindəki xromosomlardan asılıdır. Son vaxtlar gənc qızların qanlarında çox sayda mikroblar aşkar edilir. Valideynlər elə başa düşürlər ki, daun xəstəliyinə səbəb də elə bu mikroblardır. Onlar elə hesab edirlər ki, mikroba qarşı müalicə aparıldıqdan sonra körpə sağlam doğulacaq. Ancaq mikrobların bu xəstəliyin yaranmasında heç bir aidiyyəti yoxdur.

Bəzən cavan qadınlarda da bu sindroma rast gəlinir, o da yenə hüceyrənin bölüməsində baş verən səhvlərdir. Qadındakı üçüncü 21-ci xromosomun yaranmasına hamiləliyin ilk həftələrində çirkli hava şəraiti, stres və normal qidalanmamaq da səbəb olur.

Qeyd edək ki, uşaqda Daun olduğu müəyyən edildikdə aborta üstünlük verilir. Qadanların 35 yaşdan sonra ana olmamağa üstünlük vermələri də məsləhətdir. Qohum evlilikləri də bəzi həkimlər səbəblər sırasında göstərirlər. Hamilə xanımların təmiz havada tez-tez gəzdirilməsi, stresdən uzaq tutulması gərəkdir.

Statistika: Azərbaycanda nə qədər Daun sindromlu xəstə var?

Azərbaycanda Daun sindromu ilə doğulan uşaqların sayı ilə bağlı fərqli rəqəmlər verilir. Məsələn, Səhiyyə Nazirliyi Daun sindromlu insanların sayının 336 nəfər olduğunu açıqlayır. Onların 13 yaşadək olanları 296, 14-17 yaş arasında 21, 18-29 yaş qrupunda 11, 30 və daha yuxarı yaş qrupunda 8 nəfərdir. Bu problemlə məşğul olan QHT-lər rəqəmlərin 700-ə yaxınlaşdığını bildirirlər.

Əvvəllər Daun sindromu ilə doğulan uşaqların 16-18 il ömür sürdüyü deyilsə də, hazırda bu fikirlə heç kəs razılaşmır. Çünki cəmiyyətdə 40-50 yaşında belə Daun sindromlu xəstələrə rast gəlmək mümkündür.

Daun sindromlu uşaqlarınızı sevin, çünki...

Mütəxəssislər valideynləri Daun sindromlu uşaqlarını digərləri kimi sevib, tərbiyə etməyi tövsiyyə edir: “Uşaqlarınızın Daun sindromlu olduğunu öyrəndikdə onlardan imtina etməyin. Uşaqlarınızı yaxşı tərbiyə edəcəyinizə, onunla hər şeyin yolunda olacağına özünüzü inandırın. Heç vaxt unutmayın: onlar xəstə deyillər, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi qeyri-mümkün deyil. Bəli bir qədər çətindir, amma mümkünatsız deyildir. Onların da digər uşaqlar kimi sevilməyə, dəyər verilməyə haqları var”.(musavat.com)

pia.az


Etiket: Daun Sindromu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar