Şənbə, 20 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Bu gün “Eurovision”u Çingiz bağlayacaq

Bu gün 64-cü "Eurovision" mahnı müsabiqəsinin növbəti buraxılışı baş tutacaq

PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin ikinci yarımfinalında 18 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniyadır.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sonuncu, yəni 18 nömrə altında səhnəyə çıxacaq.

Bu məqamda bildirək ki, dünən ikinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.

pia.az


Şərh yazın.

loading...