Şənbə, 06 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bu gün bürcünüz sizə nələr vəd edir

Qoç - Himaliya və Avropanın münasibətləri sizə artıq malik olduğunuz potensialdan bəhrələnməyinizi istəyir.

Uğur və ya uğursuzluq, yardım və ya şəraitin müqaviməti, səhvlərinizi və ya seçdiyiniz kursun doğru olduğunu göstərəcək insanla danışıq günün ritmindən, hadisələrin amplitudasından asılıdır.

İşinizi rəvan görün, kəmhövsələlik etməyin.
Toplantıya qatılsanız, problemlərin düşünülmüş həll yolunu arayın.

Əvvəlki günlərin stressini yalnız işlə unutmaq olar.
Şəxsi münasibətlərdə səmimi olun ki, təmaslar gərginləşməsin.

Buğa - Umbriel sizdən məntiqə və işlərin ənənəvi axınına əsaslanmağı tələb edir. İş yoldaşlarınızdan kimsəyə təzyiq göstərməyin.

Əks təqdirdə, münaqişə yaranacaq. İşlərdə qayda yaradandan sonra yeniliklər üçün zəmin formalaşacaq.
Daxili gərginlik səviyyəsi ilə iddialarınızı azaldın.

Səhhətinizə daha çox diqqət yetirin.
Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - Günəş və İonun münasibətləri sizdən aktiv davranmağı, təcili işlərlə məşğul olmağı tələb edir. Münasibətlərdə inad etməyin. İzafi aşkarlıq və şəffaflıq da işin ziyanına ola bilər.

Bu gün nədənsə imtina etməli olacaq, ağrılı anlar yaşayacaqsınız və hansısa ümid puç olacaq.

Lakin paralel olaraq nə isə sizi sevindirə bilər.
Diqqətinizi fəaliyyətinizin maliyyə yönünə istiqamətləndirin.

Axşam saatlarında kompüter qarşısında çox oturmayın, telefonu kənara qoyun.

Xərçəng - Mars və Andromedanın münasibətləri təmaslarınızla əlaqələrinizdə problemlər yaralda bilər. Hədsiz dərəcədə çox nəyisə istəmək, tələb etmək və ya təkid etməyə can atmayın.

Eqoizmlə təşəxxüs problemlər yarada bilər. Emosional fon səbatlı olmadığından nəticələr ciddi müşküllərə çevrilməsin.

Özünüzə nəzarət edin, mənfiləri müsbətlərə çevirməyə can atın. Durumun gərginləşməsindən ətrafınızdakı insanların problemin həllinə səfərbər edilməsi üçün istifadə edin.

Axşam əməllicə yorulduğunuzu hiss edəcəksiniz. Axşam saatlarına mühüm heç nə planlaşdırmayın, bir qədər tez yatmağa səy göstərin.

Şir - Bu gün özünüzə və yaxın ətrafınızdakı insanlara tələbkarlığınızı azaldın, priorietləri müəyyənləşdirin. Saturn və Fobosun münasibətləri görməli olduğunuz işlərin siyahısını uzadacaq.

Bu səbəbdən də müəyyən işləri iş yoldaşlarınıza, dostlarınıza və ya ailə üzvlərinizə həvalə etmək olar. Vaxtı və qüvvənizi mənasız mübahisələrə sərf etməyin.

Perspektivdə daha sərfəli və faydalı işlə məşğul olmağınıza maneələr yarada biləcək problemin aradan qaldırılmasına çalışın.

Səhhətinizə fikir verin. Pəhriz saxlamaq olar.
İndi istədiyiniz yox, lazım olan işi görün.

Qız - Kallisto və Ledanın münasibətlərinin diqtəsinə uyğun olaraq tərəfdaşlarınız mühüm məsələlərdə sizinlə məsləhətləşmək istəyəcəklər. Böyük ümidləri doğrulda bilərsiniz, amma bunun üçün maraq dairənizi məhdudlaşdırmalı olacaqsınız.

Bu gün aktual məsələnin həlli ilə bağlı faydalı ideyalar yarana bilər. Hər şeyi daha effektiv etmək üçün gərəkli məqamı tapmağa cəhd göstərin.

Nə isə öyrənmək, yaşam və iş məkanınızda nizam yaratmaq üçün faydalı vaxtdır.

Gün praktiklik və verilən sözlərə əməl olunmasını ehtiva edir.

Tərəzi - Triton və Mirandanın münasibətləri günün ifrat tələskənlik, qaçdı-qovdu, aktivlik olmadan keçirilməsini istəyir. Hadisələrin inkişaf məcrasında yaranan hadisələrlə məşğul olmaq, təcili müdaxilə tələb edən məsələlərin həllinə çalışmaq gərəkdir.

Əhvalınız dəyişkən olacaq. Köhnə incikliklər yada düşəcək, qəlb yaralarının qaysaqları qopacaq. Yeni məqsəd və öhdəliklərə tələsməyin, amma özünüzdən bədgüman olmağa da dəyməz.

Yeni və neytral maraqlar ayırın, fikrinizi cari işlərdən bir qədər yayındırın.

Axşam saatlarında əyləncə və ünsiyyətə marağı azaldaraq təklikdə olmağa çalışın.

Əqrəb - Oberon və Tefeyanın münasibətləri sizi sınaqlar dövründən keçirir. Ətrafınızda həddən ziyadə emosiyalar, səs-küy və həyəcan var. Səhhətinizə fikir verin. Əsas işləri nəzarətdə saxlayın, planlaşdırılan işlərdən savayı heç nə ilə başınızı qatmayın.

İşləmək, birbaşa səlahiyyətləri və öhdəlikləri icra etmək üçün əlverişli gündür. Lakin əlaqələrin miqyasını aşağı salaraq ən vacib işlərlə məşğul olun.

Kritik situasiyalarda müşahidəçi mövqeyi tutun. Kollektivdə kimsə işinizin bir qismini üzərinə götürməyə və ya sizə xoş söz deməyə hazırdır.

Oxatan - yaxın ətrafınızdakı insanlar məqsədlərinə çatmaq üçün bütün səylərini cəmləməyə çalışdıqları zaman evi və məişətlə bağlı problemlərinizi həll edin.

Avropa və Lisiteyanın münasibətləri işgüzar və ya şəxsi münasibətlərinizin olduğu insanlarla əlaqələrinizi maraqlı edə bilər.

Romantik münasibətlərdə məntiq az, iddialar çox olacaq. Çətin dövrdür, səbrli olun. Təmkinli davranın ki, baş verənlər sonradan sadəcə, pis yuxu təsiri bağışlasın.

Başqalarının gözləntiləri, onların aktivliyi, sizinlə birlikdə görülən iş cavab fəallığı tələb edir.
Bu gün istəmədiyiniz işi görmək ehtimalı az deyil.

Oğlaq - Hanimed və Amalteyanın münasibətləri gələcəyi aydınlaşdıracaq, münasibətlər və əlaqələrə yenidən baxmağa vadar edəcək.

Hadisələr sürətlənir. Yerinə yetirilməmiş vədlər və öhdəlikləri sizə xatırladan insanları diqqətlə dinləyin. Çətin situasiyaya zəruri dəyişikliklər və əlavələr etmək imkanı yaranıb.
Məqsəd və planlarınız, maraq obyektiniz dəyişə bilər. Kiminlə birlikdə olduğunuzu dəqiqləşdirin, bütün diqqəti məqsədə yönəldin.

Yaxın gələcəkdə perspektivlərinizi genişləndirə biləcək işlərə diqqət yetirin.
Təhsil, informasiya əldə olunması, məsləhətləşmə, faydalı əlaqələrin yaradılmasını unutmayın.

Dolça - Fobos və Ayın münasibətləri bu gün işlə müqayisədə ünsiyyəti ön plana çıxaracaq. Yaşam, iş, sənədlər və kompüterinizdə qayda yaradın. İş və ya planlarınızın bəlli hissəsində nizam yaratmaq üçün yetərincə səbrli olun.

Sizə yardım üçün müraciət edəcəklər və həmin adamlar da valideynlər, ya da qohumlar olacaqlar.
Səhhətinizin qeydinə qalın.

Ayaqlarınızdan xəsarət almamağa çalışın.

Balıqlar - Enselad və İonun münasibətləri hadisələrin sürətini, informasiya axınının sıxlığını, əlaqələrin sayını artırır. Gərginlik güclənir, lakin çözüm bir qədər gecikə bilər. İrəliyə doğru stressli vəziyyətdə hərəkət edir, problemləri həll edir, çətin məsələlərin öhdəsindən gəlirsiniz.

Münasibətlərdə gərginləşmə ola bilər. Planlarınızın zərərinə olaraq başqasının əvəzinə hansısa işi görməyin. İşlərinizlə məşğul olaraq başqalarına yalnız kəskin ehtiyac yarananda müraciət etsəniz, hər şey daha asan olacaq.

Evdə mütləq faydalı işlə məşğul olun.
Köhnə planları və vədləri xatırlamaq pis olmaz. (Milli.Az)

pia.az

 


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçilib - Yenilənib

Bu icra başçıları vəzifələrini itirdilər - Siyahı

Ramiz Mehdiyevlə Vasif Talıbova maska taxdırdılar - Foto

Erməni diversantlar Ağdama daxil olub? - Rəsmi açıqlama

Cahangir Əsgərovun həyat yoldaşının sərvəti - Bir neçə ayda 7.7 milyon...

YAP-da Əli Əhmədovu əvəzləyən Tahir Budaqov kimdir? - Dosye

Ramiz Mehdiyev Ata Abdullayevin suallarını cavablandırdı

Bakıda əməliyyat keçirildi, vəzifəli şəxs həbs edildi

Ən çox oxunanalar