Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - şərait yenilənmə, dəyişikliklər tələb edir. İtkilər və müvəqqəti çətinliklər olsa belə, ruhdan düşməyin. İzafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir. Məşğul olduğunuz faydalı işin dəqiq və səlis nəticəsi olacaq. Fiziki işdə fayda var. Axşam saatlarında normal dincəlməyə çalışın.

Buğa - əlaqələri gücləndirin, yaxın gələcəkdə işlərinizə veriləcək dəstəklə bağlı müzakirələr aparın. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər. Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır.

Əkizlər - yaxın ətrafınızdakı insanlarla əlaqələrinizi təftiş edin. Yeni təmaslar qurun, əlaqələri bərpa edin. Hər şey dinamikdir. Gözləntilər planlarınızın reallaşdırılması ilə bağlı situasiyaya uyğun deyil. Hadisələrin, sadəcə, müəyyən qismindən yararlana biləcəksiniz. Axşam saatlarında planlarınızı təftiş edin.

Xərçəng - səhər saatlarından etibarən aktiv olun, qətiyyətli mövqe tutun, mütəhərrik davranın. İşləri təxirə salmayın, borcları qaytarın, vədlərinizi yerinə yetirin. Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbirsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin.

Şir - gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil. Günün ilk yarısında səfərə və ya ezamiyyətə, səyahətə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.

Qız - əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Situasiyanın azad axarına mane olmamağa çalışın. Zərurət olarsa, problemləri həll edin, əlavə düzəlişlərə əl atın. Müstəqil çalışa bilmədiyiniz vaxtlarda inandığınız insanların yardımlarından bəhrələnin. Heç nəyi mürəkkəbləşdirməyin. İndi güc nümayişi və inadkarlıqla müqayisədə reaksiya daha vacibdir.

Tərəzi - əhvalınız bu gün əhəmiyyətli dərəcədə ətrafınızdakı insanların davranışı və yaşam arealınızla müəyyənləşir. Münaqişələrə rəvac verməyin, mübahisələri genişləndirməyin. Ünsiyyətdəki çətinlik və problemləri aradan qaldırmaq istəyirsinizsə, etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin.

Əqrəb - İmpulsiv, emosional hərəkətlərlə ailədə və ya kollektivdə tarazlığı pozmayın. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın ki, rahat nəfəs ala biləsiniz. Sağlam həyat tərzi ilə bağlı təşəbbüslərə ehtiyac var. Ailə üzvlərinin qayğısına qalın.

Oxatan - günün aktiv keçirilməsi üçün yetərincə impulslar var. Təşkilatçılıq məharətinizi nümayiş etdirmək üçün müstəqil çalışın, kimdənsə asılı olmayın. Sonradan birgə fəaliyyətin müəyyən formatını seçə bilərsiniz. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir.

Oğlaq - maraqlarınızın təminatına yönəlmiş işi, ilk növbədə, tamamlayın. Yaxınlarınıza və sizə əziz insanlara qayğını unutmayın. Onların yardıma, mənəvi dəstəyə ehtiyacları var. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.

Dolça - qısqanc, hövsələsiz, dözümsüz olmayın. Tələsik qərar verməyin. Tərəfdaşla ümumi məsələlər varsa, onların çözümünə xüsusi diqqət yetirin. Səfər, səyahət, ezamiyyət, ekskursiya, mədəni istirahət üçün əlverişli gündür. Müxtəlif formatlı ünsiyyətdə fəal olun. Mübahisələrə qatılmayın.

Balıqlar - şəxsi münasibətlərdəki gərginlik həllini gözləyir. İşlərdə konstruktiv məcranın yaradılması üçün səy göstərin. Artıq sözlər deməyin. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ibarət laübalı, ziddiyyətli olaylara hazır olun. (Mİlli.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ulduz falı

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

İcra başçısının müavini vəzifəsindən azad edildi  

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

Ramiz Mehdiyev maaşının yarısını fonda ianə etdi

Qlobal pandemiyaya qarşısında aciz qalan ABŞ super güc titulunu itirir...

İslahatların gerçək hədəfi: “mahmudovçu”ların “göyərtədən kənara” atılması yekunlaşır

loading...

Ən çox oxunanalar