Cümə axşamı, 09 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - vədlərə inanmayın. Hadisələrin inkişafı tərəfdaşlardan birinin planları dəyişməyə vadar edə bilər. Şəxsi münasibətlər müstəvisində uğurlu, düşərli gündür. Gözləntiləriniz doğrulacaq, hissləriniz cavab alacaq. Tələsməyin, illüziyaların əsarətinə düşməyin.

Buğa - yeni məqsəd formalaşır. Hədəfə doğru qətiyyətlə irəliləyin, vaxtı boş işlərə və puç arzulara sərf etməyin. Fiziki işlərdə xeyir var. Axşam saatlarını ailəyə həsr edin. Yaxşı tanıdığınız insanlarla birlikdə istirahət edin.

Əkizlər - gün mürəkkəb və qarışıqdır. Qəlizlik hansısa əlahiddə problemlər və ya çətinliklərdə yox, baş verənlərə sizin münasibətinizdədir. Sizi hər xırda məsələ, kiçik detal qıcıqlandırır. Həmkarlarla yaxınlarınız, sanki, səbrinizi sınağa çəkmək üçün yarışa giriblər. Uğurlar sizi sevindirməyə bilər.

Xərçəng - perspektivdə "stavka" edəcəyiniz ciddi işlərlə məşğul olun. Saatlar keçdikcə şərtlər dəyişə, situasiya kəskinləşə bilər. Bu səbəbdən də diqqəti əsas işə yönəldin, soyuqqanlı olun, təmkinli davranın. Günün ikinci yarısında münasibətlərdə ciddi problem yarana bilər.

Şir - qarışıq, amma perspektivlər vəd edən gündür. Heç bir yerə tələsməyin, başladığınız işi başa vurun. Səliqə ilə, aramla çalışın. Ətrafınızdakı insanların bir neçəsi sizi qıcıqlandıra bilər. Fəqət, indi münasibətləri daha da sərinləşdirməyin, səbrli olun. Dözüm bir çox problemlərin avtomatik həlli deməkdir.

Qız - səyləriniz müsbət nəticə verəcək. Son vaxtlar sizi narahat edən bəzi məsələləri həll edə biləcəksiniz. İşdəki fikir ayrılıqları, şərik və ya tərəfdaşlarla mübahisələr arxada qalacaq. Həmkarlarınız və rəhbərliklə asanlıqla dil tapa biləcəksiniz. Nüfuzlu insanın diqqətini layihənizə cəlb edin.

Tərəzi - maliyyə situasiyası stabildir. Kiçik gəlirlər istisna deyil. Ailədəki münasibətlərdə problemlər yaranmayacaq. Ailə üzvləriniz sizə qayğı göstərəcək, amma müstəqillik və sərbəstliyinizə müdaxilə etməyə cəhd göstərməyəcəklər. Azadlığınızı dar çərçivəyə salmayın. Qısqanclıq üçün səbəb yaratmayın, münaqişəyə rəvac verməyin.

Əqrəb - başladığınız işi yarımçıq qoymayın, onu başa vuranadək çalışın. Yalnız intellektual yox, fiziki işləri də görün. Özünüzü daha əmin və qətiyyətli hiss etmək üçün yaxın ətrafınızda qayda yaradın, yaşam arealınızı nizama salın. Kiçik təmirlə məşğul olun. Səliqəyə nail olun.

Oxatan - gün hadisələrlə zəngindir. Darıxmağa vaxt tapmayacaqsınız. Yaradıcılıqla məşğulsunuzsa, maraqlı təkliflər alacaqsınız. İşiniz yerdəyişmələr və ya tikini sahəsindəsindədirsə, yeni sifariş istisna deyil. Yeni tanışlıqlar, qeyri-formal şəraitdə aram söhbət işgüzar münasibətlərin təməlini qoya bilər.

Oğlaq - alış-veriş üçün uğurlu gün deyil. Evdə məişət texnikası ilə bağlı texniki problemlər yarana bilər. Səfər və ya səyahəti təxirə salın. Bu gün evdə, ailənizlə birlikdə istirahət edin. Qohumlarınız və sevdiyiniz insanla asanlıqla dil tapacaqsınız. İmicinizi yeniləyin.

Dolça - özünüzlə müqayisədə başqaları üçün daha çox işləməli olacaqsınız. Kim və ya nə isə səbrinizi sınağa çəkəcək. Səbrli olun, təmkinli davranın. Soyuqqanlı olsanız, bunun bəhrəsini tezliklə görəcəksiniz. Ev işlərini qulaqardına vurmayın.

Balıqlar - dürüst qərarlar qəbul etməyə imkan verən uğurlu gündür. İşdə ciddi problemlərin öhdəsindən gələcəksiniz. Mühüm işgüzar münasibətləri bərpa edin. Düşünülmüş addımlar nüfuzunuzu daha da möhkəmlətməyə imkan verəcək. Bəzi hallarda sərt davranaraq peşəkar müstəvidə inkişafınız üçün şərait yaradın. (Milli.Az)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ulduz falı

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərin icazəsi ləğv ediləcək – Sərt qərar

Əhalinin nəzərinə: Bu şəxslərin icazəsi ləğv edilir

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - Rəsmi

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

ABŞ kəşfiyyatının daha bir koronavirus xəbərdarlığı üzə çıxdı

“Virusla bağlı qara günlər qarşıdadır” - Sağ qalmaq üçün 7 qızıl şərt...

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

loading...

Ən çox oxunanalar