Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik...

Qoç - ətrafınızdakılara qarşı çox tələbkar olmayın. Dilinizi saxlamaq, birmənalı olmayan situasiyanı zarafata çevirmək elə də çətin deyil, üstəlik, faydalıdır. Bundan başqa, başınızı qatacaq maraqlı bir iş tapın, tənbəllik, bekarçılıq sizi bədbinliyə sürüyəcək.
Ailə üzvlərinizin sizin dəstəyinizə və yardımınza ehtiyacı var, amma onlara qayğı göstərərkən nəzakət qaydalarını aşmayın, çox da canfəşanlıq etməyin. Xüsusilə yeniyetmələrlə ünsiyyət zamanı bunu unutmayın, onlar çox hissiyyatlı olurlar. Gərəksiz xərclər mümkündür, dəyərli bir əşyanızı itirə bilərsiniz.

Buğa - iş üçün bu gün tamamilə yararsızdır. Əgər təsadüfən işdən yayınıb özünüz üçün istirahət günü təşkil edə bilsəniz, o zaman vacib işləri bir kənara qoyub məhz istirahət etməyə cəhd göstərin. Amma işləmək lazımdırsa, o zaman danışıqları təxirə salın. Nəbadə rəhbərliyin və sizin karyeranızın asılı olduğu insanların gözünə görünəsiniz.
Yaxınlarınızla dil tapmaq çox çətindir, çünki heç siz özünüz özünüzü başa düşmürsünüz. Vacib məsələləri müzakirə etməyin. Ümumiyyətlə, bütün bu cür işləri daha yaxşı vaxta qədər təxirə salın.

Əkizlər - kommersiya fəaliyyəti üçün münasib gündür. Demək olar ki, bütün sövdələşmələr uğurlu olacaq. Əcnəbilərlə görüşlər yaxşı keçəcək. Xaricə səfər ümidlərinizi doğruldacaq. Sahibkar Əkizlər öz bizneslərini beynəlxalq miqyasda genişləndirə biləcəklər.
Yaxınlarınızda aranızda gərginlik yaranır. Yerində deyilməyən istənilən sözdə, zarafatda incimək üçün bir bəhanə tapırsınız. Yaxınlarınızla pul və ya uzaq gələcək barədə planları müzakirə etməyin, vahid fikrə gələ bilməyəcəksiniz.

Xərçəng - asan gün deyil, amma siz dözümlüsünüz, istənilən zərbəyə sinə gərirsiniz, bu səbəbdən də uğurlarınız çoxdur. Əks cəbhənin dostları sizə öz köməklərini təklif edə bilərlər. Sizə təklif olunandan yararlanın, amma ehtiyatı əldən verməyin.
İşdə və evdə münaqişələr ola bilər, əsas məsələ odur ki, siz bunları şişirtməyəsiniz. Xırda alış-veriş, istirahət əhvalınızı yüksəldəcək. Alkoqoldan imtina edin.

Şir - bu günün əksər hissəsini öz qorxu və zəifliklərinizi yenməyə sərf edir, bir çox fürsətləri əldən qaçırırsınız. Bir çox Şirlər bu günü daxili vurnuxma, əzablar, narahatlıq içində keçirəcəklər. Ən pisi də odur ki, bunların səbəbini də bilmirsiniz.
Amma hamı bir deyil. Bəzi Şirlər özlərini ələ ala biləcəklər. Onlar üçün gün yaxşı keçəcək, həm dostları, həm həmkarları və rəhbərlik, həm də ailə üzvləri ilə yola gedəcəklər.

Qız - zərərli vərdişlərdən imtina etmək məsləhətdir. Qrafikdə dəyişiklik edərək yeni ritmə uyğunlaşmaq gərəkdir.
Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün deyil. Bu səbəbdən yaxın insanlar arasında mübahisələr yaranır, ailə münaqişələri aktuallığını qoruyur. Amma bu, o demək deyil ki, dərhal təslim olmaq lazımdır. Aranızda qara pişik oturubsa, onu qovun, bir-birinizi itələməyin.

Tərəzi - uğursuz gündür, hər addımda bir problem yaranır. Rəhbərlik və iş ortaqlarınızla münasibətlər o qədər qeyri-sabitdir ki, peşəkar gələcəyinizin uğuruna şübhə etməyə başlayırsınız. Şəxsi simpatiya və antipatiyanız işləri gərəkdiyi qaydada aparmağınıza mane olur.
Yaxın dostlarınızdan hərəkətlərinizi təqdir etmələrini gözləyirsiniz. Onların öz rəyi olduğu barədə isə düşünmürsünüz. Nəticədə yeni-yeni münaqişələr yaranır. Bunların öhdəsindən gəlmək isə asan deyil.

Əqrəb - evdəki problemləri evdə qoyun, bütün fikrinizi işə yönəldin, o zaman uğurlu ola bilərsiniz. Şəxsi və işgüzar münasibətləri bir-birinə qatmayın. İşdə məhəbbət macərası nədir, hətta kiməsə isti nəzərlərlə baxmağı da unudun!
Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında iştirakınıza görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və ona minib uzaq səfərlərə çıxmaq qətiyyən məsləhət deyil. Səfər etmək həvəsiniz böyükdürsə, dənizdə (çayda, göldə) gəzintiyə çıxın.

Oxatan -aktiv fəaliyyət, məqsədə doğru irəliləmək üçün uyğun gündür. Yaxşı formadasınız, hətta artan gərginlik də sizi yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq, uzaq səfərlərə getmək olar. şəxsi münasibətlərdə təşəbbüskar olun. Hisslərinizi etiraf edə bilərsiniz.
Unutmayın, dünyanı əla da olmasa, bir az daha yaxşı edə bilərsiniz. Gün evinizi abadlaşdırmaq, imicinizi dəyişmək üçün münasibdir.

Oğlaq -günün əksər hissəsi başınız məişət işlərinə, ailə qayğılarına qarışacaq. Bütün işlərə vicdanla yanaşırsınız. Odur ki, istənilən problemin həlli adətən olduğundan daha çox vaxt alır. Müştərək fəaliyyət məsləhət deyil - tez-tez özünüzdən çıxır, insanlara əsəbləşirsiniz.
Bu gün zədə almaq ehtimalınız böyükdür. Yorucu fiziki işdən, ekstremal idman növlərindən, uzaq səfərlərdən çəkinmək gərəkdir. Günün ikinci yarısı sevdiyiniz insanla açıq danışmağa çalışın - müzakirə etməli çox mövzu var.

Dolça - gün çox şey vəd edir. İşgüzar aktivliyiniz çox yüksəkdir. Qeyd etmək yerinə düşər ki, Dolçaların çoxu bu gün şəxsi problemlərinin əlindən baş götürüb işə qaçırlar. Bu səbəbdən işdə böyük entuziazm göstərməyinizi anlamaq asandır. İri sövdələşmələr bağlamaq olar.
Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan verməyin. Pis fikirləri başınızdan qovmaq üçün idmanla, aktiv istirahətlə, açıq havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı keçəcək.

Balıqlar - qohumlarla ünsiyyət, ailə bağlarının möhkəmləndirilməsi üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı xalalarla söhbət sizə xoş təsir bağışlayacaq. Onların həyat təcrübəsi, müdrikliyi son günlərin hadisələrinə başqa nöqteyi-nəzərdən yanaşmağa imkan verəcək.
Günün ikinci yarısı xoş sürprizlər mümkündür. Dostlarınızın kefinə sizə baş çəkmək düşəcək. Sevgi etirafları eşidə bilərsiniz. Yaxınlarınızla münasibətləri yalnız sizin zarafatlarınız poza bilər: yumor hissiniz bu gün bir az kobuddur.(Milli.Az)

pia.az

 


Etiket: ulduz falı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar